Əlaqə Arxiv
news Image
2017.10.27
09:54
| A A A
Azərbaycan korrupsiyaya qarşı mübarizədə nümunə yaradır
Ölkə bu istiqamətdə əldə etdiyi uğurları sürətlə inkişaf etdirir

“Ölkədə korrupsiyaya qarşi mübarizənin aparilmasi üçün möhkəm siyasi iradə var”. Bunu baş prokuror yaninda Korrupsiyaya Qarşi Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev hüquq-mühafizə orqanlari şəbəkəsinin 8-ci görüşündə deyib. “Korrupsiya cinayətlərinin istintaqi və cinayət tətbiqi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakin bərpasi və prokurorlarin müstəqilliyi” mövzusuna həsr olunmuş tədbirdə bildirilib ki, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Anti-korrusiya şəbəkəsinin ekspertləri tərəfindən Azərbaycanda anti-korrupsiya qanunvericiliyi və onun tətbiqi öyrənilib və müvafiq tövsiyələr verilib. Azərbaycan hökumətinə verimiş tövsiyələrin icrası istiqamətində müvafiq işlər həyata keçirilir. Azərbaycan iqtisadi əməkdaşliq və inkişaf təşkilatinin antikorrusiya şəbəkəsinin 3 dəyərləndirmə mərhələsini uğurla keçib. Bundan başqa, ölkəmiz korrupsiya sahəsində bütün konvensiyalara qoşulub. 

Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə uğurla həyata keçirilən məhkəmə hüquq islahatları, qanunvericiliyin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi,  institusional tədbirlər öz səmərəliliyini verir. Xüsusilə, “ASAN Xidmət” şəbəkəsinin yaradılması bu sahədə respublikanın öz təşəbbüsü ilə yaradılmış və tətbiq edilmiş layihə kimi dəyərlidir. İndi bu xidmət sahəsi korrupsiyaya qarşı mübarizədə “brend” layihə statusunu alıb. Misal üçün demək olar ki, bundan əvvəl korrupsiya bataqlığına yuvarlanmış elə xidmət sahələri var idi ki, “ASAN Xidmət” sayəsində orada rüşvətxorluq çox qısa müddətdə tamamilə ləğv olunub. Faiz nisbətilə qiymətləndirsək indi Azərbaycan cəmiyyətində əvvəlki dövrlərə nisbətən korrupsiya azı 70-80 faiz azalıb.  
Bu il sentyabr ayının 12-13-də Parisdə keçirilmiş OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının görüşündə aparılan müzakirələrdə qurumun IV Monitorinq Raund Hesabatı üzrə Azərbaycana ünvanlanmış tövsiyələrin böyük əksəriyyətinin uğurla icra olunması təşkilatçılar və beynəlxalq ekspertlər tərəfindən xüsusi vurğulanıb. Azərbaycanın bu sahədə əldə etdiyi təcrübə BMT kimi nüfuzlu təşkilat və Avropa Birliyinin yetkililəri tərəfindən təqdir olunur. Bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardınlə görüşərkən J.K.Belliard ölkəmizdə mövcud olan stabilliyi və iqtisadi sahədə aparılan islahatları, o cümlədən “ASAN Xidmət”in fəaliyyətini alqışlayıb. Təsadüfi deyil ki, İraq, Əfqanıstan, İndoneziya və bir çox inkişaf etməkdə olan ölkələri Azərbaycanın təcrübəsini öyrənərək öz ölkələrində tətbiq edirlər.
Əməkdaşlıq və İnkişaf Təşkilatının bu gün Azərbaycan Respublikasının dəstəyi ilə keçirilən tədbirində 20-dən çox ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının 70-ə yaxın nümayəndəsi və beynəlxalq ekspertləri iştirak edirlər. Bu etimad ölkədə korrupsiyaya qarşı qazanılmış uğurları göstərən faktdır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz