Əlaqə Arxiv
news Image
2017.10.27
13:40
| A A A
Ramin Əhmədov: "Mitinqdə qan töküləcəkdi, dövlət buna imkan vermədi"

"Dövlət hər bir vətəndaşını qoruyur, siyasi mövqeyindən asılı olmayaraq onun təhlükəsizliyini təmin edir".

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Dövlət Təhlükəszilik Xidmətinin həyata keçirdiyi son məlum əməliyyat və müxalifətin mitinqlərində terror aktı törətməyə hazırlaşan dəstənin ifşa olunmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, cinayətkar dəstənin "Məhsul" stadionunu seçməsi təsadüfi deyil: "Aydındır ki, terror hadisələri daha çox insanların sıx cəmləşdiyi yerlərdə baş verir və terorçular da öz əməllərini rellaşdırmaq üçün məhz kütləvi toplaşma yerlərini seçirlər. Bu baxımdam "Məhsul" stadionu terror qrupalaşmaları üçün əlverişli ərazi hesab olunur".

R.Əhmədov müəllifi olduğu yazıların birində kütləvi aksiyalar zamanı həyata keçirilən təhlükəsizlik tədbirlərinə toxunduğunu vurğulayaraq hüquq-mühafizə oraqanlarının işini yüksək qiymətləndirdiyini də bildirib: "Müxalifət nümayəndələri bəzən narazılıq edirlər ki, "Məhsul" stadionuna girişdə polislər vətəndaşları yoxlayır və guya bu da süni əngəl yaramaq məqsədi daşıyır. Biz bu məsələyə öz məqaləmizdə toxunmuşduq və indi bir daha təkrar edirəm ki, razılaşdırılmış kütləvi aksiyalar zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək hüquq-mühafizə orqanlarının vəzifəsidir və polis əməkdaşları da bu vəzifəni yüksək səviyyədə yerinə yetirirlər. Yaxşı, əgər stadiona girişdə insanları yoxlamasaydılar, xüsusi təhlükəsilzik tədbirləri həyata keçirilməsəydi orada baş verəcək xoşagəlməz hadisələrə görə kim məsuliyyət daşıyacaqdı? İndi tam əminliklə demək olar ki, zərərsizləşdirilmiş terrorçu dəstə bundan əvvəl keçirilmiş aksialarda qanlı hadisələr törətməyə cəhd edib, lakin xüsusi təhlükəsizlik tədbirlərinə görə öz planlarını reallaşdıra bilməyiblər. Kim bilir "Məhsul"a sərbəst və yoxlanışsız giriş mümkün olsaydı orada hansı qanlı hadisələr baş verərdi. Nə yaxşı ki, Dövlət Təhlükəsizlik Xidməti həmin o cinayətkar dəstəni ifşa etdi. Bununla dövlət öz vətəndaşını qorudu, imkan vermədi ki, Bakıdakı sabitliyi pozmaq istəyənlər öz məqsədlərinə çatsınlar".

R.Əhmədov hesab edir ki, cinayətkar dəstənin "Məhsul" stadionunda terror aktı törətmək kimi planı baş tutmasa da, təhlükənin tam sovuşduğunu demək çətindir: "Hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır, həmin terrorçu qruplaşma ilə əlaqəsi ola biləcək şəxslərin kimliyinə aydınlıq gətirilməsi istiqamətində işlər görülür. İstisna etmək olmaz ki, dəstə ilə əlaqəsi olmuş şəxslər "B" variantı üzərində baş sındırırlar. Bundan başqa, xarici ölkələrdən sifariş alaraq fəaliyyət göstərən "Milli Şura" təmsilçilərinin cinayətkar dəstə üzvləri ilə bu və ya digər dərəcədə əməkdaşlığa gedə biləcəyi də nəzərdən qaçırılmamalıdır". 

R.Əhmədovun fikrincə hazırkı situasiyada mümkün qədər ehtiyatlı və diqqətli davranmalı, kütləvi tədbirləri təxirə salınmalıdır: "Azərbaycandakı səbitlik kimlər üçünsə əl vermir. Ciddi cəhdlə çalışırlar ki, bu nümunəvi vəziyyəti dəyişib istədikləri qorxulu istiqamətlərə yönəltsinlər. Odur ki, xüsusən indiki məqamda siyasi mövqeyimizdən asılı olmayaraq dövlətimizin ətrafında daha sıx birləşməli və eyni mövqedən çıxış edib çoxlarına nümunə olan ölkəmizi xəta-bəlalardan qorumağa çalışmalıyıq".

Sizin Reklam Yeriniz