Əlaqə Arxiv
news Image
2017.10.28
17:45
| A A A
Azərbaycan Prezidenti kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif ediliblər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Alıyev Ağakişi Təvəkgül oğlu
Atamalıyev Tariel Əjdər oğlu
İmanov Köçəri Allahverdi oğlu

“Tərəqqi” medalı ilə

Bunyatov Nizami Nəbi oğlu
Cəfərov Lətif Xanhüseyn oğlu
Əliyev İslam Məmməd oğlu
Fətəliyev Əkrəm Qoca oğlu
Heydərova Laləzər İsadulla qızı
Həsənov Müşfiq Tarverdi oğlu
Həsənov Ramiz Tağı oğlu
Həsrətov Telman Qurban oğlu
İsayev Ərzuman İmaməli oğlu
Novruzov Vəli Zihralı oğlu
Rəhimov Güləhməd Ağasoltan oğlu
Rzayev Təyyub Əyyub oğlu
Şirinov İmamhüseyn İlyas oğlu

Dövlət başçısının digər sərəncamı ilə Telman Bayram oğlu İsgəndərova aqrar təhsilin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.

Prezident İlham Əliyev, həmçinin Əsəd Cənət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Ə.Musayevə aqrar elmin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sizin Reklam Yeriniz