Əlaqə Arxiv
news Image
2017.10.30
12:23
| A A A
Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də qanayan yaramızdır

Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır.

Movqe.az xəbər verir ki, bunu TREND, AZƏRTAC və APA-ya müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər bu məsələ həll oluna bilməyəcək:

"Azərbaycan ərazisinin bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır. Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz".

R.T.Ərdoğan bildirib ki, Türkiyə ATƏT-in Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməli olduğu qənaətindədir:

"Biz hər məsələdə olduğu kimi, bu məsələdə də, Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik".

Sizin Reklam Yeriniz