Əlaqə Arxiv
news Image
2017.10.30
14:48
| A A A
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətli layihədir

Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir.

Movqe.az-ın  məlumatına görə, bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan Baş nazirlərini, Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir".

Sizin Reklam Yeriniz