Əlaqə Arxiv
news Image
2017.10.31
15:27
| A A A
Rəcəb Tayyib Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini görmək bizi çox qürurlandırır

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini görmək bizi çox qürurlandırır.

Movqe.az-ın məlumatına görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib: "Hörmətli Prezident, dəyərli heyət üzvləri. Əvvəlcə, gəldiyimiz andan bəri göstərdiyiniz qonaqpərvərliyə görə həm adımdan, həm də nümayəndə heyətim adından çox təşəkkür edirəm.

Dünən və bu gün keçirdiyimiz görüşlərlə birlikdə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın, dostluğun necə yüksək səviyyəyə çatdırıldığını xüsusilə sevinc içərisində müşahidə edirik. Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik. Bu münasibətlə dəyərli qardaşım Sizə, həmçinin memarından mühəndisinə, podratçısına qədər bütün firmalara, əməyi olan bütün nazir yoldaşlarımıza çox təşəkkür edirəm.

Bu münasibətlə bu gün keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da xeyirli olmasını diləyirəm. Sağ olun".

Sizin Reklam Yeriniz