Əlaqə Arxiv
news Image
2013.03.09
16:52
| A A A
ABŞ ştatının Nümayəndələr Palatası Xocalı faciəsi barədə qətnamə qəbul edib
AzərTAc xəbər verir ki, martın 7-də ABŞ-ın Texas ştatının parlamenti erməni silahlı birləşmələrinin 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamını tanınması üzrə HR 565 nömrəli daha bir qətnamə qəbul etmişdir.

Qətnamədə Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğalından, qaçmağa çalışan dinc sakinlərin erməni əsgərləri tərəfindən qətlə yetirilməsindən danışılır, Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi gedişində ən irimiqyaslı qətliam olduğu bildirilir.

O vaxt dünyanın bir çox aparıcı KİV-ləri Xocalı qətliamından yazmışdı. "Humans Right Watch" hüquq müdafiə təşkilatı bildirmişdi ki, bu faciə "hərbi zonada dinc əhali ilə rəftar barədə hüquq normalarının pozulmasıdır". Bir çox ölkələrin hökumətləri bu hücumu pisləmişdilər. Qətnamənin müəllifi, Texas ştatının 149-cu dairəsini təmsil edən Hubert Vo bu sənədlə həmkarlarını Xocalı soyqırımı qurbanlarının xatirəsini anmağa çağırmışdır. Qətnamənin layihəsi konqresmen Vo tərəfindən 2013-cü il fevralın 21-də Nümayəndələr Palatasında təqdim olunmuşdur.

Xatırladaq ki, Texasda Xocalı qətliamını tanıyan HR 535 nömrəli birinci qətnamə ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) apardığı kampaniyadan sonra 2011-ci ilin martında qəbul edilmişdi.
Sizin Reklam Yeriniz