Əlaqə Arxiv
news Image
2017.11.14
16:53
| A A A
Nalbandyan Moskvada həmsədrlərlə görüşdü

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan "Twitter" səhifəsində yazıb.
 
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.
 
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşə də toxunulub.

Sizin Reklam Yeriniz