Əlaqə Arxiv
news Image
2017.11.18
10:30
| A A A
Xalq acından ölür, Sarkisyan isə…
Ermənistan iqtidarı Dağlıq Qarabağ məsələsindən xalqı kölə vəziyyətində saxlamaq üçün istifadə edir

Bu gün Ermənistanda hökm sürən hərc-mərcliyi, yoxsulluğu, işsizliyi kəskin tənqid edən erməni ekspert Arbak Xaçaturyan bunun səbəbləri haqda “1in.am” saytına verdiyi müsahibədə belə deyib: “Bir zamanlar mənim Ermənistanda vacib obyektlər almaq üçün imkanım var idi, amma bir mağaza belə almadım. Daha sonra insanlar gəldi və hər şeyi oğurladılar. Bu qədər kəndçinin haradan peyda olduğunu, onların ölkəni nəyə çevirdiklərini bilmirsən. İndi onlar bir-biriylə savaşırlar. Hazırda geosiyasi faktorlar çox dəyişir. Bu, Qarabağ məsələsinə də aiddir. Bu, həm də ölkənin daxili siyasətinə təsir edir. Bir qəpiyi belə olmayan, Qarabağdan gələn prezident Rusiyanın səhmlərini alır, biznesinə milyonlar yatırır, amma prezident olduğu ölkədə xalqı acından ölür. Onlar bu gün soyqırım və Dağlıq Qarabağ məsələsindən xalqı kölə vəziyyətində saxlamaq üçün istifadə edirlər”.

Ekspertin fikirləri erməni cəmiyyətinin bugünkü halını aydın cizgilərlə ifadə edir. Ölkədə orduya aparmağa gənc tapılmır. Əhalinin sayı ildən-ilə azalır. İnsanların nəsilartırma istəkləri ölüb. Çünki, özünü dolandıra bilməyənlər dünyaya uşaq gətirib sonra onun yükünü çəkməkdən qurtulmaq istəyirlər. A.Xaçaturyanın fikrincə, vəziyyətin böhranlı həddə düşməsinin əsas səbəblərindən biri hakimiyyəti Qarabağ klanının, müəllifin adlandırdığı kimi, “kəndçilərin” zəbt etməsidir. Ekspert müsahibəsi zamanı Ermənistanda hakimiyyəti əldə saxlayan Qarabağ klanını sərt tənqid etməklə yanaşı onları təhqir etməkdən də çəkinməyib.

Məsələ burasındadır ki, indi Rusiyanın Ermənistanı havayı yedirtməyə iqtisadi imkanı çatmır. Çünki, Qərbin sanksiyaları sayəsində, hökumətin keçmiş nazirlərdən birinin dediyi kimi, pensiyaçıların pulunu ödəməyə bir qəpiyi də yoxdur. Təbii ki, belə olan təqdirdə Moskva öz forpostunu sxlamaqda daha böyük çətinliklərlə üzbəsurət qalıb. Bütün əsas əmlaklarını Rusdiyaya satan Ermənistanda isə kasıbçılıq yüksək həddə çatıb. Çünki, hakimiyyətin yuxarı eşalonunda oturanlar öz ciblərini doldurmaqla məşğuldurlar. Buna görə də iş yerləri yaratmaq əvəzinə hər gün ölkədə yeni ticarət mərkəzləri açılır. 

Prezident Serj Sarkisyan isə Azərbaycanın Qarabağ bölgəsinin işğalı ilə nəticələnən və ölkəni bu səbəbdən hər an müharibə ilə təhdid edən münaqişədən hakimiyyətini qoruyub saxlamaq üçün istifadə edir. İrəvanda tələbələrin ordudan möhlət hüququnu ləğv edən qanunun parlamentdə qəbulkundan sonra başlanmış etiraz dalğası davam edir. Çünki, bu hakimiyyətə savadlı mütəxəssislər, intellekt insanlar yox, işğal siyasətini davam etdirmək üçün korazehin hərbçilər lazımdır.  

Ötən əsrin 90-cı illərinin eyforiyasından qurtaran erməni ziyalılarının bir hissəsi indi daha praqmatik düşünməyə başlayıb. Onların fikrincə, ölkənin hazırkı ağır durumunun əsl günahkarlarından biri məhz hakimiyyətdə Qarabağ klanının olmasıdır. Əvvəl Köçaryanın, onun ardınca da Sarkisyanın terror yolu ilə prezident “seçilməsi” cinayətkar ünsürlərin hökumətdə əsas funkdiyaların əyalət klanı tərəfindən ələ keçirilməsini təmin edib. Onlar isə yalnız satmaq və dağıtmaq yolu ilə var-dövlət qazanmaq barədə çalışıblar. Məqsədlərinə də çatıblar. Cəmiyyətin elit təbəqəsinin nümayəndələri bildirirlər ki, dünənki kəndçilər bu gün artıq Rusiya özlərinə biznes qurur, daşınmaz əmlaklar alır, bir sözlə, “özlərini yaxşıca tuturlar”. Əhalinin güzəranı isə onların vecinə düyil. Xalq səsini çıxardanda isə Qarabağdakı vəziyyəti misal gətirərək elə hay-küy salırlar ki, sanki bütün resursları Qarabağda gedən müharibəyə cəlb ediblər. Tələbələrə verilən möhlət hüququnun ləğv edilməsi də bu siyasətin tərkib hissəsidir. Əhalidə millətçilik hissini alovlandırıb sonra bu alovla imitasiya etmək klanlararası mübarizədə mühüm faktora çevrilib. Xalq da bunu başa düşür və əlacı ölkədən çıxıb getməkdə görür. Axı, səfalətin hökm sürdüyü və əhalini işğal siyasəti ilə ölümə sürüklənən ölkədə kim qalmaq istəyər?! 

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz