Əlaqə Arxiv
news Image
2017.11.20
16:39
| A A A
AIBA prezidenti istefa verdi

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu istefa verib.

Movqe.az report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Bu qərarı boksa olan sevgimə görə verdim. Qurum və boksun xeyirinə bu addımı atıram", - 71 yaşlı tayvanlı funksioner istefasına bu cür şərh verib.

 

Qeyd edək ki, bir müddət əvvək AIBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu postundan kənarlaşdırıb. Qurum rəhbərinin vəzifələrini müvəqqəti olaraq vitse-prezident Franko Falçinelli yerinə yetirirdi. Vu 2006-cı ildə pakistanlı Ənvər Çaudrini əvəzləmişdi

Sizin Reklam Yeriniz