Əlaqə Arxiv
news Image
2017.11.21
14:11
| A A A
“Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib-FOTOLAR

Ötən gün Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.  Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il millət vəkilləri, dövlət rəsmiləri, musiqiçilər, media nümayəndələri və bəzi şirkətlər layiq görülüb.
Mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim olunur.
Mərasimdə çıxış edən təşkilat komitəsinin kordinatoru Anar Sarıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Mükafata layiq görülən Azərbaycan Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov vurğulayıb ki, bugünkü gənclər Ulu Öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə çox xoşbəxtdirlər.Millət vəkili Qənirə Paşayeva da bu mükafata layiq görüldüyündən şad olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Mükafata layiq görülən digər millət vəkilləri mükafata layiq görülməsindən qürur hiss duyduğunu və Gənclər Mərkəzinə təşəkkür etdilər. Qeyd edək ki, Movqe.az saytının əməkdaşı da Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif edilib. 

Sizin Reklam Yeriniz