Əlaqə Arxiv
news Image
2017.11.22
09:40
| A A A
Rusiyadan Ermənistana vurulan tərs sillə
İkinci dünya müharibəsini törədən faşist ideologiyası Ermənistanda bütləşdirilib

Rusiya Müdafiə Nazirliyinin rəsmi televiziyası “Zvezda” Ermənistanın Avropa İttifqaı  ilə genişləndirilmiş tərəfdaşlıq haqqında razılaşma imzalamaq niyyətini tənqid fonunda bu ölkənin əsl simasını açıb göstərib. İrəvana ünvanlanan həmin ifşaedici faktlar televiziyada yayımlanan “Proqnozlar” proqramında səsləndirilib. Teleaparıcı buraxılışda İrəvanı nasizm nümayəndələrini qəhrəmanlaşdırmaqda ittiham edib. Aparıcı 2016-cı ildə İrəvanda erməni nasizminin qəddar siması olan Qaragen Njdeyə heykəl qoyulduğunu söyləyib. Njdeyə heykəl qoyuluşunu nasist Almaniyasına qarşı döyüşdə həlak olanların ruhuna təhqir sayan verilişin müəllifi Njdenin Ermənistanın hakim Respublika Partiyası  üçün qəhrəman olduğunu vurğulayıb. Çünki, partiyanın loqotipi ilə faşistlərin rəmzi arasında ciddi oxşarlıq var.

Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü, Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi olan Ermənistanın indi də Avropa Birliyinə üzv olmağa hazırlaşdığını vurğulayan müəllif daha sonra bu ölkənin iqtidarının faşizmi dəstəklədiyini deyib: “Ukrayna kimi Ermənistan da Avropa Birliyi ilə siyasi dialoqa girir, onlar bunu belə adlandırır. Sitat gətirirəm, bu dialoq xarici siyasətdə və təhlükəsizlik məsələlərində əməkdaşlığın səmərəliyini artıracaq. AB ilə assosiasiya Ermənistanın Ukraynanın eynisini etdiyi yeganə şey deyil. Buna inanmaq çətindir, amma İrəvan da faşizmin qulluqçularını qəhrəmanlaşdırır. Belə ki, 2016-cı ilin may ayında İrəvanda Qaregin Njdeyə (Arakel Ter-Arutunyan (1886-1955) -red.) abidə ucaldılıb. Njde 1942-ci ilə III Reyxə Sovet Ermənistanının Almaniyanın koloniyasına çevrilməsi xahişi ilə müraciət edib. Məhz o “SS”in erməni legionunu yaradıb və erməni hərbi əsirləri arasında “Kim Almiaya uğrunda ölürsə, Ermənistan uğrunda ölür”, - deyə təbliğat aparıb. Bu abidə Böyük Vətən Müharibəsi illərində cəbhədə mərdliklə vuruşan erməni xalqının xatirəsinə böyük təhqirdir. 106 erməni Sovet İttifaqı Qəhrəmanı olub. Lakin Njde onun nasional-konservatizm ideologiya ilə hakim Republika Partiyasının qəhrəmanıdır”. 
Bu gün Ermənistan hakimiyyətinin rəsmi ideologiyasına çevrilən faşist Qaregin Njdenin “məqsədləri” tarixə iz salıb. Qafqaz sovetləşməzdən əvvəl bu qatil Qarabağda azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib. ERP-nin loqotipini nümunə göstərən V.Kraşeninnikovanın sözlərinə görə, bu loqotip II Reyxin simvoluna bənzəyir: “Bu yaxınlarda mən Ermənistanın Respublika Partiyasının rəhbərliyi ilə görüşdüm. Mənim loqotip barədə sualıma, siz inanmazsız, amma partiyanın rəhbərlərindən biri cavab verdi ki, bəli, biz ari irqik. Görünür, biz Ermənistanın hakim dairələnin bəzi nümayəndələri barədə bəzi şeyləri bilmirik... Onlar həqiqətənmi Ermənistanı Ukraynanın yolu ilə aparmağa çalışırlar?!” 
Verlişin məzmunundan aydın görünür ki, İrəvanda baş verənlər Moskvanı əməlli-bşlı qüeyzləndirib. Lakin belə bir sual doğur ki, Njdenin heykəli il yarım əvvəl ucaldılıb, ancaq Moskava indi reaksiya göstərir. Təbii ki, bu, səbəbsiz deyil və Ermənistanın Aİ ilə imzalanacaq sənədə qarşı yönəlib. Məsələ burasındadır ki, erməni yosunlu hakimiyyət öz çəlimsiz fiquru ilə eyni vaxtda iki stulda əyləşmək eşqinə düşüb. Həm də necə? Hazırda ciddi ixtilafda olan Qərb və Rusiyaya məxsus stullarda. Sarkisyan yəqin ki, bunu “at gedişi” sayır, amma əslində əlacsız piyada gedişi olduğunu anlamır. Kreml belə işləri xoşlamır və bağışlamır. Ancaq Ermənistan prezidentindən fərqli olaraq erməni ekspertləri bunu aydın başa düşür və fərqləndirirlər. Tevas Arşakyan adlı şərhçi yazır ki,  “Əgər Rusiya Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyə məcbur edə bilməsə, noyabrın 22-23-də Moskva Qarabağ haqqında yeni “Putin planı”nı Azərbaycana təqdim edəcək”. Onun bildirdiyinə görə, “Çünki Kremlin dəstəyindən məhrum olmaq və Qarabağı itirmək Sərkisyan hakimiyyətinin sonu deməkdir. Ehtimal ki, Sərkisyan şəxsi maraqları üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina edəcək. Əgər bu baş verəcəksə, Ermənistan tamamilə Qərbin etibarını itirəcək və Moskvadan asılılığı güclənəcək”.
Bu cəhd Ermənistanın ikinci həmləsidir. Birinci həmlə də Kremlin göstərişi ilə ləğv olunmuşdu. Həmin hadisə təkrar olunsa, erməni hakimiyyəti dünya ictimaiyyətinin və siyasi xadimlərin gözündə bir “heçə” çevriləcək. Lakin bir şey məlumdur ki, Ermənistan faşizmi Moskvanın siyasi dairələrində ən pis şəkildə qınanır.
N.NOVRUZ 

 

Sizin Reklam Yeriniz