Əlaqə Arxiv
news Image
2017.11.23
09:15
| A A A
Separatizmə laqeyd münasibət Avropanın öz başında çatlayır
Rufiz Qonaqov: “Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq” Tofiq Abbasov: “Tarix boyu separatizm müharibələrin kökündə durub

“Kataloniya məsələsi Qarabağ münaqişəsindən fərqli olsa da, Avropanın, nəhayət, öz başına gələndən sonra azərbaycanlıların probleminə ədalətli yanaşacağını gözləyirik”. Bunu  Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumda çıxışı zamanı millət vəkili Rövşən Rzayev deyib. 

Millət vəkili əlavə edib ki, Avropa separatizmin nəticəsi olan miqrant problemini yaşadıqdan sonra Azərbaycanın qaçqın və məcburi köçkünlərinin durumunu anlamalıdır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov bildirdi ki, Brüsseldə keçirilən Qarabağ beynəlxalq forumu olduqca əhəmiyyətli idi: “Forumun keçirilməsi onu göstərdi ki, Azərbaycan da sepratizmdən, terrorizmdən narahatdır. Ölkə rəhbəri İlham Əliyev də bunu bütün beynəlxalq tədbirlərdə səsləndirib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qatıldığı forumda Avropanın aparıcı şəxsləri iştirak edirdi. 
Forum çərçivəsində etnik separtizm, beynəlxalq terrorla mübarizə üsulları ilə bərabər ikili standart kimi problemlərə də toxunuldu. Tədbirdə Əli Həsənov separtizmdən əziyyət çəkən bir çox əraziləri göstərdi. Xəritəni göstərək qeyd etdi ki, 20-dən çox ölkədə separtizm silahlı toqquşmalarla müşahidə olunur. Eləcə də Dağlıq Qarabağ münaqişəsi qeyd edildi. Təəssüf ki, 25 il keçməsinə baxmayaraq, işğal faktı aradan qaldırılmamış vəziyyətdədir. Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq. 
Kataloniya problemi ortaya çıxanda Azərbaycan beynəlxalq hüququ müdafiə etdi. Eləcə də digər beynəlxalq təşkilatlar yalnız İspaniyanı dəstəklədilər. Belə olduğu halda isə Emənistana qarşı eyni münasibət bəslənilmir. Necə ola bilər ki, BMT-nin baş katibi Ermənistan və Azərbaycan prezidentlərini eyni cür qəbul edir və eyni münasibət bəsləyir? Hətta fikirlər səsləndirir ki, Ermənistan terrorla mübarizəyə böyük töhfələr verib. Halbuki, Ermənistanın dəstəklədiyi ASALA kimi terror təşkilatı var. Həmçinin Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir. Azərbaycan isə kiminsə torpaqlarını işğal etməyib. Gərək etnik sepratizm Avropanın mərkəzinə çatsın ki, onlar problemin yalnz bir ölkənin dərdi olmadığını anlasınlar. Bu, artıq Avropa üçün də böyük təhlükədir. O baxımdam ümid edirik ki, Kataloniya rəhbərliyinə qarşı atılan addım Ermənistan rəhbərliyinə qarşı da atılacaq.  Çünki Azərbaycanın ərazi bütövlüyünü bütün dünya ölkələri tanıyır. 
Dünya birliyi tərəfindən ərazi bütövlüyünə qarşı təhdidlər pislənməsə, dünyanın nizami birdəfəlik pozulacaq. O zaman həmin beynəlxalq təşkilatlara da ehtiyac qalmayacaq. Belə olduğu halda məlum olacaq ki, həmin qurumlar yalnız imitasiya ilə məşğuldur. Proseslər yeni dünya müharibəsinə qədər dərinləşə bilər. Ona görə də beynəlxalq təşkilatların buna getməsi inandırıcı deyil. Artıq təhlükə öz ərazilərini bürüyüb. Problemin qarşısının birdəfəlik alınmasından başqa yol yoxdur”. 
Politoloq Tofiq Abbasov isə Avropanın bu hadisələrdən sonra Dağlıq Qarabağ istiqamətində lazımı tədbirlər görəcəyinə inanmır: “Avropa dedikdə hansı qüvvəni nəzərdə tuturuq? Orada siyasi modanı diqtə edən imperiya ruhlu qüvvələrdir. Sepratizm yaratmaq həmin qüvvələrin dəyişməz silahı olaraq qalır. Onlara separatizm öz maraqlarını reallaşdırmaq üçün lazımdır. 
Tarix boyu separatizm müharibələrin kökündə durub. Onun da müxtəlif formaları var. Təzahürlərini müşahidə edirik. Xüsusilə Yaxın Şərqdə yaşanır. İndi isə Avropanın özündə - İspaniyada təşəkkül tapıb. Odur ki, siyasi qüvvələrin bu sahədən ahəng hərəkətinə ehtiyac var. Ancaq nəzərə alaq ki, bu bəlanı yaratmaqla ondan məqsədləri üçün istifadə edirlər. Qarabağın timsalında bunu görürük. 
Yaxın Şərqdə, Katloniyada baş verənlərin həllini tapacağına inam azdır. Bütün bunlara baxmayaraq, problemlə mübarizə aparmaq lazımdır. Onsuz da sepratizmi qidalandıran qüvvələr özünün mənfur əməllərindən qalmayacaqlar. Ancaq istənilən halda ona müqavimət göstərmək çox vacibdir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz