Əlaqə Arxiv
news Image
2017.11.24
07:00
| A A A
Daxili intiriqalardan qorxuya düşən Ermənistan yenə cəbhədə vəziyyəti gərginləşdirir
Ədalət Verdiyev: “Təlimlərin Naxçıvanda, Qarabağ bölgəsində keçirilməsi erməniləri ciddi narahat edib” Abuzər Əbilov: “Ermənistan siyasi, hərbi rəhbərliyi ictimaiyyətin fikrini cəmiyyətdə baş qaldırmış narazıçılıqdan yayındırmağa cəhd edir”

Artıq cəbhədə atəşkəsin ermənilər tərəfindən pozulması  adi hala çevrilib. Bəzən isə bu daha intensiv xarakter alır. Mövqelərimiz iriçaplı pulemyotlardan, minatanlardan atəşə tutulur. Cavab atəşi ilə susdurulsa da, son günlərdə cəbhə zonasında yenidən düşmən təxribatlarının intensivləşdiyi müşahidə olunur. Ekspertlər yaranmış vəziyyəti müxtəlif amillərlə izah edirlər. Xüsusən də Ermənistan rəhbərliyi ictimaiyyətin diqqətini daxildəki narazılıqlardan cəbhədə yönəltməyə çalışır.

Hərbçi-ekspert Ədalət Verdiyev hesab edir ki, ermənilərin fəallaşması ilk növbədə Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlıdır: “Təlimlərin onlara yaxın ərazilərdə - Naxçıvanda, Qarabağ bölgəsində keçirilməsi onları ciddi narahat edib. Nəzərə alaq ki, əvvəl təlimlər bu formada keçirilmirdi, adətən, ayrı-ayrı keçirildi. İndi isə hər iki təlimin eyni anda keçirilməsi ondan xəbər verir ki, müharibə başlasa, Naxçıvan Əlahiddə Qoşun Birləşməsi, Bərdə və Şəmkir korpusu ilə əsas zərbə istiqamətində gücləri mərkəzləşdirəcək. Erməniləri bu, daha çox narahat edir. 
İkincisi, Serj Sarksiyan danışıqlarla bağlı müəyyən müqavilələrə imza atmışdı. Onların bir çoxunun 2018-ci ilə qədər bitəcəyini açıqladı. Məsələn, Türkiyə ilə sərhədlərin açılması müqaviləsi var idi. Ancaq müqavilə olaraq da qaldı və nəticə yoxdur. İndi isə deyirlər ki, nəticə olmadığına görə, həmin müqavilədən geri çəkilməyi düşünürük. Onların təxribatlara ət atması bu məsələlərlə bağlıdır. Həmişə belə olub. Təlimlər, bayram ərəfəsində ermənilər cəbhədə aktivləşiblər. 
Bundan başqa, son günlər erməni əsgərlərinin ölməsi barədə xəbərlər yayıldı. Bu da onları qıcıqlandıran digər faktdır. Erməni hakimiyyəti valideynlərin diqqətini yayındırmaq üçün cəbhədə aktivləşiblər”.
Hərbi məsələlər üzrə digər ekspert Abuzər Əbilov da ermənilən təxribatları artmasının son günlər Ermənistanda cərəyan edən hadisələrlə bağlı olduğunu deyir: “Ermənistan siyasi, hərbi rəhbərliyi ictimaiyyətin fikrini cəmiyyətdə baş qaldırmış narazıçılıqdan yayındırmağa cəhd edir. Çünki Ermənistanda tələbə, əsgər analarının etirazları artıb. Azərbaycanı təxribata çəkmək istəyirlər. Məqsədləri Azərbaycanı döyüşlərə başlatmaqdır ki, erməni ictimaiyyətinin fikri hökumətdən yayınsın. Ancaq cəbhədə yaşanan proseslər irimiqyaslı döyüşlərə səbəb ola  bilər. 
Nəzərə alaq ki, müharibənin başlaması bir sıra amillərdən asılıdır. Eyni zamanda Azərbaycan da atəşkəsin qorunmasına daim dözməyəcək. Odur ki, lokal döyüşlərin olma ehtimalı yüksəkdir. Bu da öz növbəsində irimiqyaslı döyüşlərə keçə bilər. Artıq ATƏT problemə müdaxilə etsə də, həllində imkanlarının zəif olduğunu  etiraf edirlər. Yəni, danışıqlar artıq dalana dirənib. Bu da müharibə ehtimalını yüksəldən amildir. 
Digər tərəfdən, Azərbaycan da yerində saymır. Naxçıvan Əlahiddə Qoşun Birləşməsi təlim keçirdi. Artıq bir neçə gündür qərargah təlimləri də keçirilir. Eyni zamanda cəbhəyanı bölgələrdə təlimlər gedir. Yəni, Azərbaycan da mühariəyə hazırlaşır. Odur ki, ötən ilin aprel zərbələrindən də güclü cavab olacaq. Bütün hallarda müharibə ehtimalı çox yüksəkdir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz