Əlaqə Arxiv
news Image
2017.11.24
18:19
| A A A
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi

Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdarlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sammitdə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.

Bəyanamədə daha sonra bildirilir ki, Brüsseldə keçirilən V Şərq Tərəfdaşlığı Sammitinin iştirakçıları regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolla nizamlanmasına kömək etmək üzrə səyləri dəstəkləməyə çağırır.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər.

Sizin Reklam Yeriniz