Əlaqə Arxiv
news Image
2013.03.13
11:00
| A A A
Radikal müxalif düşərgədə qarşıdurma böyüyür
Zahid Oruc: “Onların təhtəlşüurunda bu qərarlaşıb ki, vahid namizəd olmaq beynəlxalq diqqəti özünə cəlb edə biləcək” Mais Gülalıyev: “Onlar kiminsə gizlin tapşırığını yerinə yetirirlər” Məlumdur ki, AXCP ilə Müsavat Partiyası arasında olan vahid namizəd gərginliyi səngimək bilmir. Vahid namizədlik məsələsində qarşılıqlı ittihamlar artıq onların aşağı dərəcəli funksionerlərinə, hətta sosial şəbəklərə də sirayət edib. Bu partiyaların rəhbərləri prezident seçkisində hər biri özünü vahid namizəd olaraq daha şanslıhesab edir. Bununla yanaşı, vahid namizəd məsələsinin problem olaraq ortalığa atılmasında da yenə də bir – birilərini günahlandırırlar. Məsələyə münasibət bildirmək istəməyən AXCP nümayəndələri Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli və Müsavat başqanın müavini Arzu Səmədbəylidən fərqli olaraq, digər partiya nümayəndələri AXCP ilə Müsavat Partiyasının bu işdə müəyyən məqsədlər güddüklərini bildirirlər.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun sözlərinə görə, onların təhtəlşuürunda bu qərarlaşıb ki, vahid namizəd olmaq beynəlxalq diqqəti özünə cəlb edə biləcək: "Faktiki olaraq həmin şəxslərin çevrəsində xarici qurumların, ölkəyə təşrif buyuran beynəlxalq dairələrin müstəvisində önəmli bir yeri tutmaq mənasına gələcəkdir. Başqa önəmi də ondan ibarətdir ki, guya narazı eletoral baza o şəxslərin çevrəsində qərarlaşa bilər. Məsələn, 2003 – cü ildə Əli Kərimli Əbülfəz Elçibəyin vəfat etməsi səbəbindən bu radikal kəsimin namizədi kimi çıxış etmişdi. Müəyyən qədər də səs toplamışdı. Düşünürlər ki, sosial, iqtisadi, mülkiyyət, həyata baxış məsələləri üzərində iqtidarla bölüşməyən, fərqli ideya ilə yaşayan insanların namizədi kimi çıxış etmək üstün imkanlar deməkdir. Ona görə də həmin yerə iddialar bu qədər artıbdır. Həm də fikirləşirlər ki, müxalifətin birincisi olmaq, məşhurluq qazanmaqdır. Bundan başqa bu, müəyyən biznes dairələrinə çıxışdır. Ancaq təminatı nə qədər realdır? Eyni zamanda ziyanı nə qədərdir? Bunu düşünə bilmirlər. Çünki, 90 – cı illərin mübarizəsindən keçənlərin mövqelərində elə barışmazlıq var ki, bu şəxslərin üst qatda hansısa bir müqavilə imzalamağı və komanda birliyi göstərməyi aşağı strukturklarda da bir araya gəlməyi zəruri etmir. Bir separatizm başlayır. Bunu parlament seçkilərində bölgə təşkilatları ilə paytaxt namizədləri arasında münaqişədə görmüşük. Həm də həmin şəxslərdən bir komanda qurulmasına xalqda inam yoxdur. Beləliklə, müxalifət heç bir halda öz durumunu üst bir vəziyyətə daşıya bilmir. Nəticə etibarı ilə də bu seçkidə müxalif qüvvələrin vahid komanda halında iştirakına inanmırıq".
Yaşıllar Partiyasının sədri Mais Gülalıyevin sözlərinə görə isə, onsuz onların münasibətindəki gərginlik həmişə bu həddə olub: "Həmişə onlar arasında daxili çəkişmələr, bir – birinə qısqanclıq və nə qədər mümkünsə, birinin digərini zəiflətməsi tendensiyası olub. Bu, təkcə həmin iki partiya arasında olan münasibətlər deyil. Bu, həm də bütövlükdə müxalifətin arasında olan münasibətin mahiyyətini ifadə edir. Son 20 ilin hadisələri onu göstərir ki, Müsavat kiminsə gizlin tapşırığını yerinə yetirir ki, nə qədər mümkünsə, müxalifət düşərgəsi parçalanmalıdır. Son 20 illik fəaliyyəti bunu sübut edir. Görünür ki, Müsavat Partiyası bacardığı qədər partiyaların birləşməsinə mane olur. İndi də heç vaxt seçkiqabağı AXCP ilə Müsavat Partiyaları birləşə bilməz. Buna onların hər ikisi razı deyil. Onlar arasında yeganə fərq, rəhbərlərinin ayrı – ayrı şəxs olmasıdır. İdeoloji, taktiki, beynəlxalq təşkilatlarla münasibətdə, nə də keçmişlərində fərq yoxdur. Onlara verilmiş sifariş odur ki, müxalifət partiyaları birləşməməlidir. Beləliklə, anarxik qarşıdurmalar yaradaraq, seçkilərin anti-demokratikliyi təmin olunmamalıdır. Bunların hamısını xüsusi strukrurluqla həyata keçirirlər. Lakin bu, bədxah niyyətlərinin Azərbaycanda reallaşmasının mümkünsüz olduğunu da indiyə qədər yaxşı bilməli idilər".
Sizin Reklam Yeriniz