news Image
2013.03.13
15:05
| A A A
Çavezin zəhərlənməsi ilə bağlı istintaqa başlanılacaq
Daha əvvəl Nikolas Maduro prezidentin qəsdən xəstəliyə yoluxdurulduğuna əmin olduğunu bildirmişdi.

İnterfaksın məlumatına görə, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Nikolas Maduro yerli telekanala verdiyi müsahibəsində bildirib ki, Venesuelanın hakimiyyət orqanları mərhum prezident Uqo Çavezin mümkün ola bilən zəhərlənmə versiyası ilə bağlı rəsmi istintaqa başlamağı planlaşdırır.

Maduro hesab edir ki, xərçəngin tez bir zamanda inkişafı  və bunun nəticəsində prezidentin ölümünün səbəbi zəhərlənmədir. 

"Biz həqiqəti üzə çıxaracağıq. İntuisiyamız bizə deyir ki, Çavez, onu doğru yoldan çəkindirmək istəyən qara qüvvələr tərəfindən zəhərləndirilib"-deyə Madura bildirib.  Çavez siyasətinin rəqibləri də eyni zamanda, ittiham irəli sürürlər ki, prezidentin zəhərlənməsi hökumət orqanlarının xalqı imperialist dövlətlərin sui-qəsd nəzəriyyəsinə inamını gücləndirməyin adi təzahürüdür.