Əlaqə Arxiv
news Image
2013.03.14
15:54
| A A A
Böyük Britaniya və Fransa Suriya üsyançılarını silahlandırmaq niyyətindədir

"Independent"-in verdiyi məlumata görə, Avropa İttifaqı bu təşəbbüsü dəstəkləməsə, belə, Böyük Britaniya və Fransa  Suriya üsyançılarını silahlandırmağa hazırdır. Bu haqda Fransanın xarici işlər naziri Loran Fabius cümə axşamı öz açıqlamasında bildirib.

Böyük Britaniya hökuməti açıqlayıb ki, Suriyanı silahlandırmaqla bağlı Avropa İttifaqının qadağası barədə qərar hələ qəbul olunmayıb. Belə ki, "bütün variantlara" baxılacaq.


Həftənin əvvəlində ölkənin baş naziri Devid Kameron bildirmişdi ki, Avropa İttifaqının qadağasına baxmayaraq, üsyançıların silahlandırılması davam edəcək. Onu da əlavə edib ki,  lazım olduğu halda, digər ölkələrin də ortaq  qərarına ümid bəsləyir.

 Xatırladaq ki, bir müddət əvvəl ABŞ  Suriya müxalifətinə yardım üçün  silah istisna olmaqla, hərbi təlim və zireh təchizatına pul ayrılması üçün qərar vermişdi. Bu qərarı Böyük Britaniya da dəstəkləmişdi.

 Mayda rəsmi London və Paris ölkənin silahla təchiz olunmasını müzakirə etmək üçün görüşməyi planlaşdırır.


Məlumdur ki, Suriyada müharibə 2011-ci ilin yazından davam edir. Rusiya ölkənin başçısı Bəşər Əsədi dəstəklədiyi halda, ABŞ, Fransa və Böyük Britaniya isə, üsyançılara onu devirmək üçün fəal yardım göstərir.






Sizin Reklam Yeriniz