Əlaqə Arxiv
news Image
2017.12.14
16:30
| A A A
Erməni girovluğunda olan Şahbaz Quliyevdən məktub gəlib

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyev ailəsinə yenidən məktub göndərib. Bu barədə AzVision.az-a girovun bacısı İradə Quliyeva məlumat verib.

"Şahbaza yazdığımız məktuba dünən cavab aldıq. Məktubda müalicəsini davam etdirdiyini, vəziyyətinin yaxşı olduğunu yazıb. Şahbazın həyat yoldaşı və övladı da onunla məktub vasitəsilə əlaqə saxlayıb. Bizim tək arzumuz onu yenidən azadlıqda görməkdir". 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənilər tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

Girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə “azadlıqdan məhrum” edib. 

Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə əlaqə saxlanılır.

Sizin Reklam Yeriniz