news Image
2013.03.15
13:07
| A A A
Obama: "İran nüvə silahını bir ildən sonra yaradacaq"

CBS Vaşinqtonun verdiyi məlumata görə, İsrailə səfərindən bir neçə gün əvvəl oranın telekanlaına müsahibə verən Obama bildirib ki, İranın nüvə silahı yaratmağına bir il qalıb. 


İkinci kanalın müxbirləri ilə danışarkən Obama, qeyd edib ki, ABŞ bunun qarşısını almaq üçün əlindən gələni edəcək.


"Biz hesab edirik ki, İranın nüvə silahını yaratmağına təxminən bir il var. Lakin mən kəskin fikir bildirmək istəməzdim. Və mən Bibi (İsrailin baş naziri Binyamin Netanyahu) ilə danışığımda əvvəlki baxışlarımı saxlayacağam: diplomatiya birinci yerdədir, lakin bütün variantları istisna etmək olmaz".

İranı tez bir zamanda bombardman etməyə çağıran Netanyahudan fərqli olaraq, Obama danışıqlar və iqtisadi sanksiyaların tətbiqinə üstünlük verərək, daha sülhsevər mövqe nümayiş etdirir. 

ABŞ-dakı israillilər var gücləri ilə hakimiyyəti təcili hərbi müdaxiləyə inandırmağa çalışırlar. 

 ABŞ liderinin İsrailə səfəri ilə bağlı  fələstin əhalisi arasında çoxsaylı etirazlar var. Onlar Obamanın  İsrailə gələcəyi halda, Fələstini  hərb yolu azad etmə təhdidləri ilə çıxış edirlər. 

Qeyd edək ki, aprelin 5-6-da Almata şəhərində İranla vasitəçi ölkələr (altılıq) arasında İranın nüvə proqramının müzakirəsinin növbəti mərhələsi keçiriləcək