news Image
2012.04.27
11:30
| A A A
İsraildən Yunanıstana jest

Mövqe.az CNN-ə istinadən bildirir ki, İsrail, Cənubi Kipr və Yunanıstanın elektrik şəbəkələrini bir-birinə bağlayacaq dənizaltı elektrik kabelinin inşasının başladığı bildirilib.

Yunan PPC Quantum Enerjidən verilən məlumata görə, 2 min MW elektrik daşıma tutumundakı dənizaltı elektrik kabelinin inşası başlayıb.

Məlumatda bildirilib ki, proyektin tətbiqi Cənub Şərqi Avropa və Aralıq dənizinin şərq sahillərinin enerji təchizatını təmin etməyə öz töhfəsini verəcək.

Bundan əvvəl verilən məlumatlarda, "EuroAsia Interconnector" proyekti çərçivəsində İsrailin Cənubi Kipr, Girit və Mora Yarımadası ilə enerji əlaqəsini təmin edəcək dənizaltı kabeli 2016-cı ildə fəaliyyətə keçiriləcək.

Xərcinin 1,5 milyard avro olacağı hesablanan proyektdə, Cənubi Kipr ilə İsrail arasındakı kabel uzunluğu 155 dəniz mili, Kipr ilə Girit arasında 320 dəniz mili,Girit ilə Mora arasında isə 65 dəniz mili olacaq.

Proyekt çərçivəsində ilk dəfə 2 min metr dərinlikdə və bu uzunluqda bir kabelin çəkiləcəyi bildirilib.


Ziba Yusifova

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs