news Image
2013.03.18
10:46
| A A A
Çin dünyanın ən böyük silah ixracatçıları siyahısında ilk beşliyə daxil olub

Çin "soyuq müharibə"nin başa çatmasından sonra ilk dəfə dünyanın ən çox silah ixrac edən ölkələri siyahısında beşliyə daxil olub.Movqe.az-in məlumatına görə, bu barədə bazar ertəsi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) təqdim etdiyi hesabatda qeyd olunub.

SIPRI-nin məlumatına görə, 2008-2012-ci illər ərzində dünyada adi silahlar üzrə bağlanan sazişlərin 5 faizi məhz Çinin payına düşüb. 2003-2007-ci illərdə isə anoloji göstərici 2 faiz olub.

Böyük silah ixrcatçıları siyahısına ABŞ (30 faiz saziş) başçılıq edir. Daha sonra isə Rusiya (26 faiz saziş) gəlir. Ən böyük silah ixraçatcıları siyahısında daha sonra Almaniya və Fransa müvafiq olaraq 7 və 6 faizlik göstəricilərlə qərarlaşıb.

Çin ötən il siyahıda 5-ci yerdə qərarlaşan Böyük Britaniyanı sıxışdıraraq bu pilləni ələ keçirib. SIPRI qeyd edir ki, silah ixrcatçıları beşliyi siyahısında baş verən bu dəyişiklik "soyuq müharibə"nin bitməsindən sonra ilk dəfə qeydə alınıb.

Hesabat dövrü ərzində Çinin silah ixracatında 162 faiz artım qeydə alınıb ki, bu da əsasən Pakistana çatdırılan silah-sursat hesabına olub.