Əlaqə Arxiv
news Image
2013.03.18
14:19
| A A A
Pakistanın keçmiş prezidenti beşillik sürgündən sonra vətənə qayıdır

Pakistanın küçmiş rəhbəri Pərviz Müşərrəf beşillik

sürgündən sonra,  24 mart tarixində ölkəyə qayıdacaq.  Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Müşərrəf ümumi seçkilərdə öz partiyasına rəhbərlik etməyi planlaşdırır.


Bir həftədən sonra Müşərrəf sərnişin təyyarəsində Karaçiyə gəlib, 50 min insanın iştirakı gözlənilən mitinqə qatılacaq. 

"Global Рost"-un yazdığına görə, Müşərrəf ilk olaraq, parlament seçkilərindən əvvəl, yanvarın axırında qayıtmağa hazırlaşırdı. Lakin hökumət ona xəbərdarlıq etmişdi ki, ölkəyə gələn kimi, o,  həbs olunacaq.

Gözlənilir ki, Müşərrəf keçən ilin avqustunda onun əmlakının müsadirəsi və bank hesablarının dondurulması ilə bağlı hökumətlə qanuni prosesdə olacaq.


Qeyd edək ki, Müşərrəfi, 2007- ci ildə öldürülmüş, Pakistanın keçmiş baş naziri Bənazir Bhuttonun təhlükəsizliyini kifayət qədər təmin etməməkdə ittiham ediblər.


"Prezident Müşərrəf aydınlıq gətirib ki, o, heç bir pis iş görmədiyini hesab edərək, məhkəmədə çıxış edəcək",- deyə , onun mətbuat katibi Hürrəm Haris bildirib. Xatırladaq ki, Müşərrəf 2008-ci ildə istefaya gedib və bir ildən sonra  isə,ölkəni tərk edib.



Sizin Reklam Yeriniz