Əlaqə Arxiv
news Image
2018.01.13
10:00
| A A A
Tiflis üzərindən radikalların qurduğu antimilli fəaliyyət
Elçin Mirzəbəyli: “Ayrı bir dövlətin ərazisində Azərbaycanla bağlı siyasi təşkilatın qurultay keçirtməsi qanunverciliyimizə ziddir” Elşən Manafov: “Bu cür qüvvələr Azərbaycanda elektoratın diqqətini cəlb edə bilməz”

Yanvarın 21-də Tiflisdə müxalif “ReAL” hərəkatının qurultay keçirəcəyi barədə məlumatlar yayılıb. Diqqət çəkən odur ki, digər tədbirlərindən fərqli olaraq, bu qurultayın ciddi gizlilik şəraitində keçirilməsi nəzərdə tutulub. Digər tərəfdən, Azərbaycandan olan müxalif təşkilatın Tiflisdə  gizli qurultayının keçirilməsinə razılıq vermiş Gürcüstan hakimiyyətinin mövqeyi də narahatlıq doğurur. Düzdür, Gürcüstanın Bakıdakı səfirliyi müxalif “ReAL” hərəkətinin Tiflisdə  qurultay keçirməsi haqda informasiyaya reaksiya verib. Ancaq Səfirliyin mətbuat xidmətinin başçısı Kaxa Abdaladze onlarda bu barədə heç bir informasiyanın olmadığını bildirib. 

Qeyd edək ki, radikal müxalifət təmsilçilərinin antimilli fəaliyyətlərinin Tiflis ilə bağlılığı ilk deyil. Bundan əvvəl jurnalist Əfqan Muxtarlı və AXCP sədrinin müavini Gözəl Bayramlı da antimilli fəaliyyətlərini Gürcüstan üzərindən qurmağa çalışmışdılar. Maraqlıdır, Tiflisdə radikalları kimlər təlimatlandırır?!
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, ayrı bir dövlətin ərazisində Azərbaycanla bağlı siyasi təşkilatın qurultay keçirtməsi qanunverciliyimizə ziddir: “Digər tərəfdən, qeyri-qanuni yollarla əldə edilmiş vəsaitlərin bu və ya digər siyasi təşkilatın əlinə keçməsi də Azərbaycan qanunverciliyinə zidddir. Fəaliyyətlərində hər zaman korrupsiyaya qarşı amansız olduqlarını bəyan edən həmin insanların indiki fəaliyyətləri faktiki olaraq, korrupsiya deməkdir. Ancaq qonşu dövlət də bu məsələlərə diqqət yetirməlidir. Azərbaycanla strateji münasibətləri bir kənara qoysaq da, bu əməllər iki dövlət arasında müqavilələrin prinsiplərinə uyğun gəlmir”.
Politoloq əlavə etdi ki, radikalların məhz Gücüstanı seçmələrinin səbəbi var: “Əvvəla, yaxın ərazidir. Digər tərəfdən ayrı-ayrı beynəlxalq təşkilatların strukturları Tiflisdə yerləşib. Regional əməkdaşlıq həmin ərazidən həyata keçirilib. Amma oradan beynəlxlq təşkilatlar vasitəsi ilə yalnız QHT və siyasi partiyaların maliyyələşməsi həyata keçirilmir. Eyni zamanda müəyyən ortaq layihələr reallaşdırıldı. Hansı ki, həmin layihələrdə erməni nümayəndələri də iştirak edir. Bu mənada Tiflisin seçilməsi təsadüfi deyil. Ermənistana daha yaxın olduğu üçün məhz Gürcüstan ərazisi seçilir”. 
Milli Dirçəliş Hərəkatı Partiyasının beynəlxalq məsələlər üzrə müavini Elşən Manafov bildirdi ki, “ReAL” hərəkatının Tiflisdə  qurultay keçirməsi anlaşılan deyil: “ReAL” hərəkatının rəhbəri bir zamanlar prezidentliyə namizədliyi ilə bağlı məsələləri qabardırdı. Amma deputatlığa namizəd olarkən nəzərdə tutulan səsi belə qazana bilməmişdi. Odur ki, Azərbaycandakı mövcud stabilliyin mənbəyi iqtidar ilə xalq arasında olan etimaddır. 
İndi “ReAL” hərəkatının Tiflisdə qurultay keçirmək istəyi diqqəti xarici qüvvələrin Azərbaycanda baş verən proseslərə yönəltmək istəyindən irəli gəlir. Guya bu təşkilatın Azərbaycanda qurultay keçirməsinə hakimiyyət tərəfindən yasaq mövcuddur. Halbuki, həmin hərəkatla müqayisədə Azərbaycanda narazı elektoratın müəyyən hissəsinə iddialı olan radikal müxalətin mitinq keçirməsinə izacələr var. Onların da hüquqları Azərbaycan hakimiyyəti tərəfindən düzgün qiymətləndirilir. Amma “ReAL” hərəkatı müxlifətin radikal qanadı ilə müqayisədə Azərbaycanda narazı elektoratın kiçik bir hissəsini belə cəlb edə bilməz. Bu şoular Azərbaycanda marağı olan müəyyən xarici qüvvələrin, “ReAL” hərəkatının bundan sonrakı “fəaliyyətini” maliyyələşdirmək üçün strukturların diqqətini cəlb etmək, qrantlar əldə etmək istəyindən irəli gəlir. Hansı ki, “ReAL” hərəkatının qrantlar qazanmaq istəyi heç də Azərbaycanda dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələrə töhfə vermək üçün deyil. Hərəkatın liderlərinin korporativ maraqlarından irəli gəlir. Bu cür qüvvələr Azərbaycanda elektoratın diqqətini cəlb edə bilməz. O mənada qurultayı Azərbaycanın hüdudlarından kənarda keçirmək onun faəlkiyyətini maliyyələşdirə biləcək Avropanın müvafiq instututlarının diqqətini cəlb etməkdən başqa bir şey deyil”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz