Əlaqə Arxiv
news Image
2013.03.19
11:28
| A A A
Ağ Ev: ABŞ KXDR-in nüvə gücünə malik olmasına imkan verməyəcək
Ağ Ev Koreya yarımadasını tamamilə nüvə silahından təmizləmək niyyətindədir

İnterfaksın Ağ Evin mətbuat katibi Cey Karniyə istinadən verdiyi məlumata görə, ABŞ Şimali Koreyanı nüvə gücünə malik ölkə kimi tanımaq niyətində deyil.

"ABŞ Şimali Koreyanı nüvə gücünə malik ölkə kimi qəbul etməyəcək. Amerikalılar gözləməyək ki, KXDR Birləşmiş Ştatlara qarşı yönəlmiş nüvə raketləri yaratsın",- Karni bazar ertəsi keçirilmiş brifinqdə çıxışı zamanı bildirib. Bundan başqa, Ağ Evin təmsilçısi əlavə edib ki, Şimali Koreya özünü təcrid olunmuş hiss etməlidir. Bu halda o, beynəlxalq birliyə qayıtmağa cəhd etmiş olar.


" Məlum olduğu kimi, biz artıq bu yaınlarda Şimali Koreya tərəfindən gələn təhdidlə bağlı narahatlığımızı əks etdirən ballistik raket əleyhinə proqramımızın inkişafı barədə elan etmişik. Və biz, Şimali Koreyaya təzyiq göstərmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə işləməyi davam etdirəcəyik, o, beynəlxalq birliyə qayıtmaqdan ötrü hansı tədbirlər görəcəyi barədə düşünsün. Bu bizim qəti mövqeyimizdir"-deyə Karni bildirib.


Onun sözlərinə görə, ABŞ "Koreya yarımadasında sülhü təmin etməklə bağlı öz üzərinə götürdüyü öhdəliyi saxlayır. Bu, isə Şimali Koreya təcavüzünün, bizim müttəfiqlərin müdafiəsinin və Koreya yarımadasının tamamilə nüvə silahından təmizlənməsinin saxlanması deməkdir". 

 


Sizin Reklam Yeriniz