Əlaqə Arxiv
news Image
2018.01.18
19:29
| A A A
Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir. 
XİN başçılarının danışıqlarından əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın paytaxtı Vyanada keçirilən iclası çərçivəsində baş tutmuşdu.

Sizin Reklam Yeriniz