Əlaqə Arxiv
news Image
2018.01.19
09:00
| A A A
Azərbaycan Avropa Birliyi üçün ideal tərəfdaş sayılır
Aydın Mirzəzadə: “Avropa Birliyinin Azərbaycana artan diqqəti ilk növbədə ölkəmizin dünya birliyində nüfuz və əhəmiyyətinin yüksləmsəinin nəticəsidir” Asim Mollazadə: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi və enerji qaynaqlarının diversifikasiyasında böyük rola malikdir”

Avropa İttifaqı Azərbaycanla münasibətlərin genişləndirilməsi, əməkdaşlıqla bağlı yeni sazişin mümkün qədər tez imzalanmasına çalışır. Qurum tərəfindən ölkəmizə artan diqqət nə ilə bağlıdır və dərinləşən əməkdaşlıq tərəflərə nə vəd edir? 

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, AB-nin ölkəmizə artan diqqəti Azərbaycanın artan nüfuzundan qaynaqlanır: “Avropa Birliyinin Azərbaycanla münasibətləri və əməkdaşlığı genişləndirməyə çalışması ilk növbədə ölkəmizin dünya birliyində nüfuz və əhəmiyyətinin günü-gündən artmasının nəticəsidir. Ona görə də belə bir tərəfdaşla əməkdaşlıq etmək, birgə layihələr üzərində çalışmaq istənilən beynəlxalq təşkilat, o cümlədən AB üçün çox sərfəlidir. 
Azərbaycanın timsalında sözügedən qurum demokratiya və insan hüquqlarını daima möhkəmləndirən bir dövləti görür. Azərbaycanda stabillik var, iqtisadiyyat durmadan artır. Neft gəlirlərindən səmərəli istifadə edilir. Avropa Birliyi Azərbaycanla əməkdaşlığı genişləndirməklə özünün təsir dairəsini daha geniş coğrafiyada artıra bilər. Düzdür, Azərbaycan heç kimin diqtəsilə işləmək, heç kimin forpostu olmaq niyyətində deyil. Ölkəmizin müstəqillik hissini Avropa Birliyində də yaxşı bilirlər. Məhz belə bir dövlət AB ilə əməkdaşlıq üçün ideal tərəfdaşdır. Bu münasibətlərdən əlbəttə ki, Azərbaycanın da qazandığı fayda var. Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşların sayını çoxalda, birgə layihələr üzərində işləyə bilərik. Yeni texnologiyalar, eyni zamanda layihələri əldə etmək imkanımız artacaq. Azərbaycan vətəndaşlarının AB ölkələrinə sərbəst gediş-gəlişi üçün viza rejimində liberallaşma baş verəcək. 
Ümumən götürdükdə, formatı və kimliyindəna sılı olmayaraq, qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq həmişə faydalı olub. Bu baxımdan AB ilə əməkdaşlığın həm Azərbaycan, həm də qurumun özü üçün xeyirli olacağını düşünürəm”. 
Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Aİ-nin Azərbaycana münasibətdə diqqətinin artması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolla bağlıdır: “AB ilə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Söhbət ondan gedir ki, Avropa İttifaqı iqtisadi sahədə Azərbaycanın tərəfdaşıdır. İqtisadi islahatları həyata keçirməklə iqtisadiyyatı şaxələndirməyimiz və bu istiqamətdə Avropa ilə əməkdaşlıq ancaq Azərbaycan iqtisadiyyatını yüksəltməyə xidmət edir. 
Bununla yanaşı, bilirsiniz ki, Azərbaycan Aİ ilə enerji sahəsində tərəfdaşlıq sazişinə malikdir. Ölkəmiz  “köhnə dünya”nın enerji təhlükəsizliyi və enerji qaynaqlarının diversifikasiyasında böyük rola malikdir. Bundan başqa, Azərbaycanın tarixi ənənələri, bir sıra dillər və entik qrupların əməkdaşlığına töhfə verməsi də Avropanın hazırkı günündə quruma üzv ölkələrə çox lazımdır. Bunu, o cümlədən Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin formalaşmasında artan rolu da Aİ-ni ölkəmizlə sazişi tezliklə imzalamağa sövq edir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz