Əlaqə Arxiv
news Image
2018.01.19
11:28
| A A A
Nizami rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirilib

Nizami rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhid ailələri və əlillərlə görüş keçirilib.
Nizami Rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanılıb.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 1990-cı ildə baş verən qanlı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə həlak olan vətən oğullarının xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd edib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Məhi Mehtiyev, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və bir neçə rayona fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovetlər İttifaqının qoşun hissələrinin yeridildiyini, dinc əhaliyə divan tutulduğunu, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü bildiriblər. Çıxış edənlər 20 Yanvarın milli matəm, hüzn günü kimi qeyd edildiyini, eyni zamanda həm də iftixar hissi ilə xatırlandığını söyləyıblər.
Tədbirdə, xalqımızın müstəqilliyi uğrunda canlarını qurban verən oğul və qızların uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yerinə çevrildiyi və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanıb.
Tədbirin sonunda rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə maddi yardım göstərilib.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz