Əlaqə Arxiv
news Image
2018.01.21
10:15
| A A A
Azərbaycanın erməni mövqelərinə PUA-larla mina zərbələri endirməsi barədə yayılan xəbər yalandır - RƏSMİ

Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumatda bildirilir ki, erməni mətbuatı bu barədə həqiqətəuyğun olmayan məlumatlar yayır: "Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyimiz xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Bildiririk ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir. Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı".

Sizin Reklam Yeriniz