Əlaqə Arxiv
news Image
2018.01.22
15:47
| A A A
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir.

Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb.

İnkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

https://www.weforum.org/events/world-economic-forum-annual-meeting-2018/?tab=LiveBlogs&stream=day-before-davos&stream-item=inclusive-development-index-2018

Sizin Reklam Yeriniz