Əlaqə Arxiv
news Image
2018.01.23
16:23
| A A A
SON DƏQİQƏ! Türkiyə SQ Afrində daha bir yaşayış məntəqəsini aldı

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin şəhəri yaxınlığında daha bir yaşayış məntəqəsini terrorçulardan geri alıb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Türkiyə qoşunları Hamam kəndini YPG və PYD terrorçularından təmizləyib.

Bir müddət əvvəl isə Türkiyə hərbçilərinin Burseya strateji yüksəkliyini nəzarətə götürdüyü məlumat verilmişdi.

Türkiyə SQ-nin Afrində əməliyyatlara başladığı müddətdən 12 yaşayış məntəqəsi YPG və PYD-dən azad edilib.

 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Sizin Reklam Yeriniz