Əlaqə Arxiv
news Image
2018.01.24
12:36
| A A A
Azərbaycan prezidenti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçilə görüşüb.

 

Movqe.az-ın məlumatına görə, görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb, bu ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının keçiriləcəyi qeyd olunub.

 

Söhbət zamanı TANAP və TAP kəmərlərinin maliyyələşdirilməsi,TANAP qaz kəmərinin bu il ərzində istismara verilməsi, “Şahdəniz-2” yatağından ilk qazın hasil olunması ilə bağlı məsələlər müzakirə edilib.

 

 

*** 11.48

 

Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

 

Movqe.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

Sizin Reklam Yeriniz