Əlaqə Arxiv
news Image
2013.03.21
23:15
| A A A
Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa çağırıb
“Silah deyil, siyasət önə çıxsın” A. Öcalanın İmralıdan göndərdiyi müraciəti bu gün Diyarbəkirin mərkəzində keçirilən Novruz şənliklərində oxunub. A. Öcalan müraciətində bunları deyib: "Mənim etirazım çarəsizliyə, cahilliyə və köləliyə qarşıydı. Bizim mübarizəmiz etnik və ya hansısa dinə qarşı deyil, biz cəhalətə, geriliyə, hər cür zorakılığa qarşı çıxmışıq. Bu gün yeni bir Türkiyə, yeni bir Yaxın Şərq görürük. Bu gün yeni dönəm başlayır. Biz özümüzü bir xalq üçün fəda etdik, bu mübarizə səbəbsiz deyildi. Kürdlər kimliklərini yenidən yaratdılar.
Ərəb, fars, türk və kürd xalqlarını bir-birinə qarşı qaldırmağa çalışdılar. Savaşa və qarışıqlığa artıq yetər deyirik. Mən bu gün milyonlarla insanın şahidliyində yeni dönəmə start verirəm. Silah deyil, siyasət önə çıxsın. Bu bir nəticə deyil, yeni mərhələnin başlanğıcıdır.
Anadolu və kürd topluluqlarının sülh içində yaşaya biləcəyi bir mərhələdir bu. Demokratik haqlar, azadlıq və bərabərlik mərhələsi başlayır. Artıq silahlar sussun. Türk və kürd xalqlarının axan qanı duracaq. Silah deyil, siyasət işləyəcək.
Silahları buraxın və Türkiyə sərhədlərinin kənarına çıxın. Silahlı mübarizədən demokratik mübarizəyə keçid edirik. İndi savaş və savaşma zamanı deyil. Birlik, bir-birinə sarılma zamanıdır. Mənə güvənənlər mərhələnin həssaslığını sonuna qədər nəzərə almalıdırlar. Bu, mübarizədən vaz keçmək yox, yeni mücadilənin başlanması deməkdir.
Kürdlərin təşkilatlanmasının yeni modelini yaratmaq istəyirik. Bu modeli yaradanların öncülləri yenə də Mesopotamiya xalqlarıdır. Birlikdə demokratik və modern bir sistem quraq. Bütün rənglər demokratik modernləşmə sistemində yerini alsın.
Çanaqqala savaşında türklər və kürdlər çiyin-çiyinə vuruşdular, birlikdə şəhid oldular. İndiki zamanda müharibə etməyin heç bir faydası olmayacaq.
Mən bu zülmün sona çatması üçün sizə müraciət edirəm. Bu mərhələyə və demokratik çözümlə sülhə dəstək verənlərə salam olsun. Yadlaşdırma siyasəti qarşısında qardaşlığı və xalqların birliyini quracağıq. İnkar və assimilyasiya siyasəti gücünü xalqdan almırdı. Xalqların birgə yaşamasının məsuliyyəti hər kəsin üzərinə düşür".
A. Öcalan onu da vurğulayıb ki, PKK silahlılarının Türkiyə ərazisindən çıxması və sülhün bərqərar olması üçün Türkiyə parlamenti üzərinə düşən tarixi missiyanı yerinə yetirməlidir
Sizin Reklam Yeriniz