news Image
2013.03.23
10:21
| A A A
Mixail Saakaşvili: "Nə qədər ki, İlham Əliyev rəhbərlikdədir, Gürcüstan da özünü bir o qədər əmin hiss edəcək".
İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi Gürcüstanın uzunmüddətli inkişafının zəmanətidir. Trend xəbər verir ki, bunu "İmedi" telekanalında "Açıq efir" verilişində Gürcüstanın prezidenti Mixail Saakaşvili deyib.

"Azərbaycanın hazırki rəhbərliyi NATO ilə yaxınlaşmaq mövqeyində durur. Bu ölkə regionda sabitləşdirici rol oynayır və bunu bizim düşmənimiz çox yaxşı başa düşür" - deyə o, bildirib.

Gürcüstanın prezidenti vurğulayıb ki, Azərbaycan Gürcüstana Avropadan fərqli olaraq, 3 dəfə ucuz qaz satır və ölkə iqtisadiyyatına sərmayə yatırır.

"Bu, Gürcüstan üçün həyati əhəmiyyətlidir və bu səbəbdən də, Azərbaycanın kursunu dəyişməsi bizim üçün fəlakət ola bilər" - Saakaşvili deyib.

O, bildirib ki, Azərbaycan bu gün dövlətçiliyini etibarlı şəkildə qurur və nə qədər ki, İlham Əliyev rəhbərlikdədir Gürcüstan da özünü bir o qədər əmin hiss edəcək.

Saakaşvili deyib ki, Bakıdan qayıtdıqdan sonra verdiyi açıqlama hələ də qüvvədədir və bir sıra qüvvələr var ki, Azərbaycanda vəziyyəti destabilləşdirməyə cəhd göstərir.

"Mənim sözlərim bir çoxlarının xoşuna gəlmədi, lakin bütün məlumatlar təsdiqini tapır və ehtiyatlı olmaq lazımdır" - deyə Saakaşvili əlavə edib.