Əlaqə Arxiv
news Image
2013.03.24
11:31
| A A A
ABŞ dövlət katibi Tükiyə və İsraili təriflədi
ABŞ dövlət katibi Con Kerri Tükiyə və İsrail rəhbərliklərini ikitərəfli münasibətlərin bərpa olunmasına görə tərifləyib və bəyan edib ki əldə olunan nailiyyət regiona sülhün və sabitliyin gəlişini sürətləndirəcək. Movqe.az-in "BBC"yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin ardınca İsrailə səfər edən Con Kerri martın 23-də Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu martın 22-də Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana zəng edərək, 2010-cu ildə "Azadlıq donanması"na ("Mavi Mərmərə") silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi üzr istəyib.

Rəsmi üzrxahlıqla yanaşı, B.Netanyahu İsrail xüsusi təyinatlılarının hücumu zamanı öldürülmüş Türkiyə vətəndaşlarının doğmalarına və yaxınlarına təzminat ödəməyə hazır olduqlarını da bildirib. Söhbət zamanı tərəflər iki ölkə arasında münasibətlərin normallaşmasına, o cümlədən, səfirlərin qaytarılmasına dair razılaşma əldə ediblər.
Sizin Reklam Yeriniz