news Image
2013.03.24
11:33
| A A A
Bara hücum etdilər, müştəriləri güllə atəşinə tutdular...
Meksikada quldur dəstəsinin bara hücum etməsi nəticəsində üçü federal polis əməkdaşı olmaqla yeddi nəfər ölüb. Movqe.az-in "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət orqanlarının məlumatına görə, insident ölkənin qərbində yerləşən Qerrero ştatında qeydə alınıb.

Məlumata görə, silahlı şəxslər bara soxularaq içəridə olan müştərilərə atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar. Xəstəxanaya beş nəfər yaralı çatdırılıb.

Basqın bardakı polis əməkdaşları səlahiyyətlərini icra etmədikləri zaman törədilib və bu səbəbdən onların üzərilərində silah olmayıb.

İlkin versiyaya görə, məhz polis əməkdaşları hücumun əsas məqsədi olub. Bir neçə gün əvvəl bu ərazidə "Familiya miçoakana" narkomafiyasının liderlərindən biri həbs olunmuşdu və törədilmiş basqın ona intiqam xarakteri daşıyıb.