news Image
2013.03.27
10:44
| A A A
İtaliyanın xarici işlər naziri istefa verib

Movqe.az-ın məlumatına görə, İtaliya xarici işlər naziri Culio Tersi istefa verdiyini bəyan edib. O, bu addımını iki italyan dənizçisinin Hindistana verilməsi ilə izah edib. Qeyd edək ki, sözügedən dənizçilər Massimilyano Latorre və Salvatore Cironeni hindistanlı balıqçıları öldürməkdə günahlandırırlar.

 

"Mən dənizçiləri Hindistana göndərməyin əleyhinə idim, lakin mənim səsim eşidilmədi... Mən dənizçilərimiz və onların ailələri ilə həmrəylik nümayiş etdirərək istefa verirəm", deyə Tersi bildirib.

 

2013-cü il fevralın 15-də Ərəbistan dənizində Hindistanın Kerala ştatının sahilindən təxminən 15 dəniz mili məsafədə İtaliyanın "Enrica Lexie" gəmisinin təhlükəsizlik əməkdaşları səhvən 2 hindistanlı balıqçını dəniz qulduru zənn edərək güllələyiblər.

 

İtaliyanın xarici işlər naziri vəzifəsini müvəqqəti olaraq baş nazir Mario Monti icra edəcək.