Əlaqə Arxiv
news Image
2013.03.28
10:10
| A A A
Cəbhədə ATƏT-in monitorinq qrupunun ləğvi aktuallaşdı
Natiq Miri: “Anjey Kasprşikdən bircə dəfə də olsun Ermənistan tərəfinin atəşkəşi pozduğu barəsində bəyanat eşitmədik” Qabil Hüseynli: “Anjey Kasprşik elə də çox mühüm, məsul vəzifəni yerinə yetirmir”

20 illik fəaliyyət (əslində fəaliyyətsizlik) göstərdi ki, ATƏT – in Minsk qrupu öz missiyasında uğursuzdur. Danışıqlarda yerində sayma, cəbhə bölgələrində formal monitorinqlər, bəyanatlarında monotonluq qrupun fəaliyyətini xarakterizə edən əsas göstəricilərdir. Bu xüsusda da artıq dövlətin hər ranqında həmin qrupun fəaliyyəti qınaq həədfiən çevrilməkdədir. Minsk qrupundan imtina, fomratının və tərkibinin dəyişdirilməsi zaman – zaman cəmiyyətdə də gündəmə gələn mövzulardır.

Bu cür ifadələrin yönəldiyi ünvanlarda cəbhə bölgəsində monitorinq keçirən qrup da var. Hansı ki, illər ərzində keçirdikləri bütün monitorinqlərin nəticələrində fərqli bəyanatlar olmayıb. Odur ki, onun da formatının, tərkibinin dəyişdirilməsi və ya ümumiyyətlə monitorinq qrupundan tamamən imtina edilməsi artıq zərurət olaraq qəbul edilir. Politoloq Natiq Miri bildirir ki, monitorinq qrupunun fəaliyyəti formal xarakterli daşıyı: "Çünki, bu cür monitorinq qrupunun mövcudluğu və bu prinsiplə işləmə qaydası indiki şəraitdə sülh proseslərinə, danışıqlara heç bir effekt vermir. Biz ortada atəşkəsin pozulması məsələsinin ciddi araşdırılmasını görmürük. Hətta ciddi araşdırılsa, tərəflərdən biri, yəni Ermənistan həqiqətən də günahkar tərəf kimi təqdim olunsa belə, ATƏT - in Minsk qrupunda tərəfələrə ciddi təsir mexanizmləri yoxdur. Ona görə də bu cür monitorinqlər prosesə heç bir əlavə vermir. Sadəcə müyyən qədər ayrılan pulların müqabilində kimlərsə yüksək maaş alır. Monitorinq qrupunun Azərbaycana, Dağlıq Qarabağla bağlı problemin həllində heç bir rolu yoxdur. Artıq 20 ildir ki, Anjey Kasprşik prosesdə iştirak edir. Ondan bircə dəfə də olsun Ermənistan tərəfinin atəşkəşi pozduğu barəsində bəyanat eşitmədik. Kimsə eşitməyib və bundan sonra da eşidiləsi deyil. Ona görə də artıq bu cür formal fəaliyyət qaydalarından Azərbaycanın birtərəfli imtina etməsinin zamanı çatıb. Azərbaycan həm də tədricən ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını ortaya qoymalıdır. Çünkİ, ATƏT-in Minsk qrupu ortaya ciddi fəaliyyət qoymadığından və 20 il müddətində heç bir müsbət addım atmadığından bu cür monitorinq qruplarının fəaliyyəti yararsızdır. Odur ki, Azərbaycan bu cür formal fəaliyyətlərdən tədricən imtina, prosesdə rolu ola biləcək strukturların yaradılmasını da tələb etməlidir. Burada da məsələyə təsir imkanı olan təşkilatlar – BMT səviyyəsində baxılması gündəmə gəlməlidir. Bu gün ATƏT heç bir təsir gücünə malik olmayan təşkilatdır. Eyni zamanda ATƏT yalnız kompromis əsasında fəaliyyət göstərən bir təşkilatdır ki, iki bir - birinə qarşı düşmən olan ölkə arasında da indiki şəraitdə hansısa kompromisdən söhbət gedə bilməz. Belə olduğu təqdirdə hansı kompromis və yaxud da ATƏT-in fəaliyyəti prosesə yaraya bilər? Şəxsən öz dövlətimiz adından deyirəm ki, bundan sonra ATƏT-in Minsk qrupunun fəaliyyəti özünü aldatmaqdan başqa bir şey deyil. Monitorinq qrupu da onun kimi".

Digər siyasi şərhçi Qabil Hüseynlinin sözlərinə görə, ATƏT-in monitorinq qrupunun sədri Anjey Kasprşik elə də çox mühüm, məsul vəzifəni yerinə yetirmir: "Düzdür, atəşkəş rejiminə dair bağlanmış müqaviləyə nəzarət edən qrupun sədridir. Amma onun yerinə yetirdiyi missiya problemin nizamlanması ilə məşğul olan Minsk qrupu ilə müqayisədə o qədər də böyük əhəmiyyət daşımır. Çünki, əsas güc ATƏT-in Minsk qrupunun üzərinə düşür. Prosesin də bəlli bir məcaraya düşməsində məhz Minsk qrupunun rolu əsasdır. Ona görə də Anjey Kasprşikin missiyasını dəyişib onun yerinə başqa birini qoysaq, o da həmin missiyanı həyata keçirəcək. Formal yoxlamalar və s. Nəticə etibarı ilə atəşkəş rejiminin qorunmasına elə bir ciddi töhvə verilməyəcək".

Politoloqun sözlərinə görə, bu problemlərdə əsas məsələ, Minsk qrupunun formatının dəyişdirilməsidir: "Minsk qrupunun formatının dəyişdiriləcəyi təqdirdə monitorinq komissiyasının da həm missiyası, həm də ola bilsin ki, onlara rəhbərlik edən adam dəyişəcək. Ya da bu danışıqlar prosesinin ATƏT çəçivəsindən çıxarılıb BMT müstəvisinə çevrilməlidir. Yox, ATƏT-in mandatında qalacaqsa, oraya yeni dövlətlərin əlavə olunmasının tərəfdarıyam. Məsələn, Rusiya və Fransa çıxarılaraq, əvəzində oraya Türkiyə və Almaniyanın daxil edilməsinin tərəfdarıyam".

Sizin Reklam Yeriniz