Əlaqə Arxiv
news Image
2013.03.28
11:56
| A A A
Klausun dövlətə xəyanətdə ittiham olunması düzgün hesab edilmədi

Çexiyanın Konstitusiya məhkəməsi dövlətə xəyanətdə ittiham edilən keçmiş prezident Vaslav Klausun işinə baxmaqdan imtina ediblər. Movqe.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, məhkəmə bunu onunla izah edib ki, Klausun səlahiyyət müddəti başa çatdığına görə, onu vəzifəsindən kənarlaşdırmaq prosesinə başlamaq yersizdir.   

Senatda artıq məhkəmənin qərarına hörmət göstərildiyi bəyan edilib.

Bir müddət əvvəl,Klausun dövlətə xəyanətdə ittiham olunmasını 38 senator 30 səsə qarşı dəstəkləmişdi. Qeyd edək ki, keçmiş prezident böyük korrupsiya qalmaqalları ilə əlaqəli olan məmurları amnistiyaya buraxmaqla ölkənin maraqlarına ziyan vurmaqda ittiham olunurdu. 



Sizin Reklam Yeriniz