news Image
2018.02.13
15:36
| A A A
Yurddaş Partiyası İlham Əliyevi dəstəkləyəcək
Mais Səfərli: "Özünü, həyatını Azərbaycana həsr edən insana dəstək verməyə borcluyuq”

“Yurddaş Partiyası 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın 6-cı qurultayının İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi qərarını dəstəkləyir”. Bu sözləri movqe.az-a Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib. Partiya sədri əlavə edib ki, Yurddaş Partiyasının siyasi şurasının 12 fevralda keçirilmiş iclasında İlham Əliyevin qələbəsi uğrunda fəal mübarizə aparacağı barədə qərar qəbul edib: “Yurddaş Partiyasının siyasi şurası belə hesab edir ki, bu gün İlham Əliyev ən uğurlu namizəddir. O, buna özünün indiyə qədərki siyasi fəaliyyəti ilə nail olub. İlham Əliyev bu illər ərzində Azərbaycanın dövlət həyatının bütün sahələrində böyük uğurlara imza atıb. Azərbaycan artıq  dünyanın seçilən dövlətlər sırasına gəlib çatıb. Bunlar birbaşa İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində əldə edilib. Ancaq Azərbaycanın qarşıda görəcəyi hələ çox böyük işlər - Qarabağ problemi, iqtisadi inkişafın yeni mərhələləri, dünyaya inteqrasiyanın yeni formatları var. İlham Əliyev isə bunları həlledəcək potensiala malikdir. Təbliğat-təşviqat işlərinin həyata keçirilməsi üçün Yurddaş Partiyası seçki qərargahının yaradılması haqqında qərar qəbul edib. İlham Əliyevin yenidən qələbəsi üçün öz töhvəmizi verməyə hazırıq.  Bu, bizim vətəndaş borcumuzdur. Özünü, həyatını Azərbaycana həsr edən insana dəstək verməyə borcluyuq”. 

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs