news Image
2018.02.14
13:44
| A A A
Türkiyə-ABŞ müharibəsi başladı
Elşən Mustafayev: “NATO üzvününü öz təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əməliyyata digər qurum üzvü qarşı çıxacaqsa, bu halda sözsüz ki, Türkiyə özünə digər müttəfiq tapmaq istiqamətində düşünməli olacaq”

ABŞ dövlət katibi Reks Tillerson bu həftə sonu Türkiyəyə səfər edəcək. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı maraqlı açıqlama verib: ”Əgər ABŞ lazım olanı etməsə, Menbiç və Fərat çayının şərq sahilləri üçün də eynisi qaçılmazdır. Suriya torpaqları bu terrorçulardan təmizlənəcək. Afrini də Suriya xalqına verəcəyik. Gözləntilərimizi ABŞ-a açıq şəkildə bildirmişik. Lazımı addımlar atılmalıdır. Müəyyən məsələləri müzakirə etməyimiz üçün iki tərəf arasında inam bərpa edilməlidir. Türkiyə heç bir dostuna qarşı səhv hərəkət etməz. Amma ABŞ-dan çox ciddi səhvlər gördük. Bizə verilən vədi tutmadılar. Tillersondan bunu istəyəcəyik. Əlaqələrimiz çox gərgin nöqtədədir. Ya əlaqələri düzəldəcəyik, ya da bu əlaqələri tamamilə pozacağıq”. 

Qeyd edək ki, Ankaranın Suriya məsələsində Vaşinqtondan fərqli münasibət sərgiləməsi Ağ Evi narazı salıb. ABŞ heç bir vəchlə Türkiyənin bu məsələdə müstəqil siyasət yürütməsilə barışmaq istəmir. Amma eyni zamanda, Türkiyənin gücü qarşısında ona qarşı əks addımlar da atmaqda acizdir. Türkiyənin Afrin əməliyyatı buna əyani sübutdur. Belə kii, Vaşinqtonda Ankaranın bu addımı yaxşı qarşılanmasa da, onun qarşısını ala bilmədi. Türkiyə ABŞ-ın ilkin etirazlarına baxmayaraq, Afrinə daxil olaraq buradakı terrorçuları məhv etməklə məşğuldur. Son nəticə olaraq isə ABŞ Türkiyənin bu əməliyyatını sakit tərzdə izləməyə məcbur oldu. Başqa bir tərəfdən, Ağ Ev PKK-nın Suriyadakı qolu PYD-YPG-ni silahlandırmağı dayandıracağını vəd etsə də, ona da əməl etmir. 
Politoloq Elşən Mustafayev bildirdi ki, Tillersonun gəlişilə Ankara ilə Vaşinqton arasında mövcud olan gərginlik qarşılıqlı güzəştlər nəticəsində müəyyən dərəcədə normallaşacaq: “Son olaylar onu deməyə əsas verir ki, hər iki tərəf, həm Ankara, həm də Vaşinqton arada olan müəyyən soyuqluğu aradan götürməyə çalışır. Burada söhbət Suriya və ümumiyyətlə, Yaxın Şərqə münasibət  məsələsində siyasi baxımdan tərəflər arasında olan fərqli baxışlardan gedir. 
Bilirsiniz ki, Suriya məsələsində Türkiyənin son illər həyata keçirdiyi siyasəti ABŞ-ın siyasətilə üst-üstə düşmür. Afrin əməliyyatının başlanması belə ABŞ və Qərb dairələrində narazılığa səbəb oldu. Bununla bağlı Türkiyəyə müəyyən iradlar da bildirildi. Türkiyə isə bu məsələdə israrlı olduğunu nümayiş etdirərək, əməliyyatı davam etdirməklə, hətta başqa ərazilərə keçəcəyini də bildirib. Bu mənada Çavuşoğlu ilə Tillersonun müzakirə edərək ortaq məxrəcə gələcəkləri məsələlər həddən artıq çoxdur. Tillersonun Ankaraya səfəri gedişində bu məsələlərin hər birilə bağlı razılığın əldə ediləcəyinə inanmıram. Amma fikrimcə, müəyyən məsələlərdə bəzi razılaşmalar əldə olunacaq. 
Türkiyə bölgədə açıq şəkildə terrorla mübarizəyə başlayıb. ABŞ isə Bəşər Əsədlə mübarizə aparır. Bu mübarizədə də ona müttəfiq lazımdır. Ona görə də həmin amili nəzərə alaraq Ankara ilə münasibətləri gərginləşdirməməlidir. Əks halda, onsuz da münasibətlərdə gərgin olan durum daha da pisləşə bilər. Həmçinin, Afrin əməliyyatına Moskvanın neytral yanaşması Türkiyə-Rusiya münasibətlərinin ciddi çəkildə istiləşdiyindən xəbər verir.   
 Türkiyə sərhəd boyu 30 km-lik təhlükəsizlik zonasının yaradılmasında israrlıdır. Buna nail olanadək Türkiyə əməliyyatı davam etdirəcək. Baş verəcəyi təqdirdə isə, ABŞ-la Türkiyə arasındakı münasibətlərdə olan normal ilişgilər davam edəcək. Baş vermədikdə, regionda hazırda mövcud olan qüvvələr nisbəti dəyişə bilər.  NATO üzvününü öz təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əməliyyata digər qurum üzvü qarşı çıxacaqsa, bu halda sözsüz ki, Türkiyə özünə digər müttəfiq tapmaq istiqamətində düşünməli olacaq. İndiki şəraitdə isə Ankara ilə müttəfiq olmaq istəyən qüvvələr çoxdur. ABŞ-la Türkiyə arasında münasibətlər durulmasa, region üçün də yaxşı heç nə vəd etmir. Bu halda Suriya məsələsinə baxışlarda mövcud olan kəskin fərqlər daha da inkişaf edəcək. ABŞ bu istiqamətdə Ankaranın üzərinə daha çox getməklə, Türkiyəni özündən daha da aralayacaq. Belədə, Ankara həmin regionda iştirakını başqa qüvvələrlə həyata keçirməli olacaq. Bütün bunları göz önünə alıb, kompromisə getməklə hər iki tərəfin marağına adekvat cavab verən münasibətlərin qurulmasına ehtiyac var. Düşünürəm ki, belə bir münasibətin qurulmasında hər iki tərəf istəklidir. Çünki Türkiyə ABŞ münasibətlərinin toqquşması region üçün yaxşı heç nə vəd etmir. Amma qarşılıqlı güzəştlər düşünürəm ki, regionun gələcək təhlükəsizliyi üçün ciddi addımlardan biri ola bilər”.
Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek msə artıq ABŞ və Türkiyə arasında müharibənin başladığını deyib.  D.Perinçek qələmə aldığı məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin içindəki gediş-gəlişlərdir”, deyə yazıb. “Kimlərsə bu müharibədə Türkiyənin məğlub olmasını istəyir. Lakin bu müharibə Türkiyənin gələcəyini müəyyən edəcək. Müstəqillik, bütövlük, sülh, iqtisadi inkişaf, qonşu ölkələrlə sülh, hüquq dövləti, demokratiya, azadlıq, Türkiyənin dünyadakı yeri, gələcəyimiz bu müharibənin nəticəsinə bağlıdır”, - deyə o bildirib.

D.Perinçek qeyd edib ki, bu günü cəbhələr artıq qurulub: “Bir tərəfdə Türkiyə var, digər tərəfdə ABŞ, İsrail və onların piyonları. Müharibə olduğu üçün Türkiyə cəbhəsinin əsas gücü Türk Silahlı Qüvvələridir. Ordumuzun dəyərli generallarının vurulmasını kim alqışlayıb, kim alqışlayacaq, bunun hesabını verməlidir. İstiqlal savaşında da eyni şeylər olub. İngilislər müharibənin ortasında bir çox vətənsevəri Maltaya sürgün etdi. Müharibələri daxili cəbhədə qarışıqlı yaradaraq qazanmaq olmaz. Bugünkü İstiqlal savaşını qazanmaq üçün daxili cəbhəni birləşdirməliyik”.

Rüfət NADİROĞLU 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs