news Image
2018.02.14
14:42
| A A A
Odessa meri “Borispol” aeroportunda saxlanılıb

Ukraynanın Dövlət Sərhəd Xidməti bu gün səhər saatlarında Varşavadan gələn Odessa şəhərinin meri Gennadi Truxanovu “Borispol” aeroportunda saxlayıb.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bildirib.

Bir qədər əvvəl Ukraynanın korrupsiya əleyhinə bürosu Truxanova və Odessa şəhəri administrasiyasının üç məmuruna qarşı dövlət əmlakını mənimsəmək, korrupsiya və israfçılıq üzrə qiyabi ittiham irəli sürmüşdü.

Təhqiqatçıların fikrincə, cinayət işinin iştirakçıları əvvəllər “Krayan” ağır kran istehsalı zavodu kompleksinin əmlakına daxil olan binaların şəhər şurasına satışı zamanı Odessanın yerli büdcəsinə külli miqdarda zərər vurub. Truxanov 2017-ci ilin sonunda məzuniyyətə çıxıb və məzuniyyət müddətini dəfələrlə uzadıb, həmçinin xarici ölkələrə “işgüzar səfərlərə” yollanıb.