news Image
2018.02.15
13:55
| A A A
Azərbaycanda 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycanda prezident seçkilərində iştirak üçün 13 nəfər namizədliklərini irəli sürüb.

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, həmin namizədlər namizədliklərinin təsdiq olunması üçün sənədlərini MSK-ya təqdim ediblər:

“Onlardan 5 nəfərin namizədliyi təsdiq olunub, digərlərinin də sənədlərinə baxılır”.