news Image
2018.02.15
16:10
| A A A
Fərhad Abdullayev: Azərbaycanda seçki prosesi getdikcə daha da müasirləşir

Azərbaycanda seçki prosesi getdikcə daha da müasirləşir. Movqe.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

F.Abdullayev bildirib ki, bu gün dünyada çox mürəkkəb proseslər baş verir və bu proseslər əlbəttə ki, seçkiyə də sirayət edir:

“Bu gün Azərbaycanda hər birimiz Azərbaycan vətəndaşı kimi bilirik ki, uzun illər bu proses stabillik şəraitində uğurla keçirilir. Hesab edirəm ki, qarşıdan gələn seçkilər də stabillik şəraitində şəffaflıqla və uğurla reallaşacaq”.

Məhkəmə sədri vurğulayıb ki, Azərbaycanda seçicilərin öz hüquqlarından istifadə etməsi üçün tam şərait yaradılıb:

“Müqayisə aparsaq görərik ki, bu gün dünyada seçicilərin hüququndan istifadə etməsi ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib, bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən, azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcək”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs