Əlaqə Arxiv
news Image
2018.02.17
17:36
| A A A
Prezident seçkilərində müşahidə aparmaq üçün MSK-ya 6 müraciət daxil olub

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib.

MSK sədri vurğulayıb ki, müşahidə aparmaq istəyənlərə şərait yaradılır: "Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olarsa, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir".

Sizin Reklam Yeriniz