Əlaqə Arxiv
news Image
2018.02.19
12:14
| A A A
Lavrovdan Amerikaya: Odla oynama

Rusiya xarici işlər naziri Sergey Lavrov Amerikanı Suriyada odla oynamamağa çağırıb və ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının əsas olduğunu dilə gətirib.

Movqe.az Sputniknews-a istinadla xəbər verir ki, Amerikanın Suriyadakı əməliyyatlarına görə narahat olduğunu dilə gətirən Lavrov bildirib ki, bu Suriyanın parçalanmasına gətirib çıxarır. O, Amerikanı Ərəb dövlətlərinin gücünü zəiflətmək üçün kürdlərdən istifadə etməkdə günahlandırıb.

 

"Suriyanin ərazi bütovlüyünün pozulması istiqamətində atılan addımları narahatlıqla izləyirik. Bunun səbəbi Amerikanın Fərat çayının şərqi ilə Suriyanın İraq-Türkiyə sərhəddi arasındakı ərazidə tətbiq etdiyi planlardır. Amerikanı odla oynamamağa və kürdlər də daxil olmaqla, Suriya İraq və digər ölkə xalqlarının maraqlarına uyğun tutarlı addımlar atmağa çağırıram".

milli.az

Sizin Reklam Yeriniz