Əlaqə Arxiv
news Image
2018.02.20
07:00
| A A A
İrəvan, Zəngəzur mesajı bütün dünya boyu erməniləri sarsıdıb
Elman Məmmədov: “Cənab Prezidentimiz başa salır ki, düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməsələr, Ermənistanın durumu daha da pis olacaq, biz İrəvana və digər tarixi torpaqlarımıza da qayıdacağıq” Azər Həsrət: “Azərbaycan günün birində İrəvana qədər gedib erməniləri onlara aid olmayan torpaqlardan da çıxaracaq”

Azərbaycan Prezidentinin  azərbaycanlıların öz tarixi torpaqlarına-İrəvana, Zəngəzura qayıdacaqları barədə fikirləri hələ də Ermənistanda, onun xaricdəki lobbisi arasında şok effekti yaradıb. Ermənilər, onlara bağlı qüvvələr bundan çox ciddi narahatlıq keçirirlər. Səbəb nədir?

Milli Məclisin deputatı Elman Məmmədov qeyd edir ki, ermənilər artıq tarixi Azərbaycan torpaqlarını da itirə biləcəklərindən narahat olmağa başlayıblar: “Ermənilərin, onları himayə edənlərin Azərbaycan Prezidentinin azərbaycanlıların öz tarixi torpaqlarına qayıdacaqları barədə dəfələrlə səsləndirdiyi fikirlərdən narahat olmaları təbiidir. Azərbayan Prezidenti bu fikri dəfələrlə təkrar edir ki, qanmaz ermənilər bu gün onların mövcud olduğu Ermənistan adında dövlətlərinin tarixi Azərbaycan torpaqları olduğunu başa düşsünlər. O dövrdə İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqları müəyyən səbəblərə görə ermənilərə güzəştə gedilib. Belədə onlara dövlət qurmaları üçün şərait yaradılıb. İndi isə yerlərində oturmaq əvəzinə daha da qudurublar. Belə olan halda Azərbaycan gəlib tarixi torpaqlarımıza da sahib olmaq güc və iqtidarına malikdir. 
Ermənistan ağıllanmasa, onları tarixi torpaqlarımızdan da qovacağıq. Bu çağırışlar təkcə erməniləri təşvişə salmayıb. Eyni zamanda, ermənilərə havadarlıq edənləri də təşvişə salır. Çünki Azərbaycan zəif olan dövrlərdə, şimal qonşumuzun təzyiqilə həmin tarixi torpaqlarımız hissə-hissə alınıb ermənilərə verilib, burada ermənilər məskinlaşdırılıb. XXI əsrdə isə ermənilər yenidən başqa torpaqlar hesabına ərazi əldə etmək iddiasındıdır. Havadarları da ermənilərin çaldığı havaya oynayır. Axmaq məqsədlərə malik hər ikisi eyni ağıldadır. Fikirləşirlər ki, Azərbaycan bu torpaqları da onlara güzəştə gedə bilər? Xeyr. Ona görə də cənab Prezidentimiz başa salır ki, düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməsələr, Ermənistanın durumu daha da pis olacaq, biz İrəvana və digər tarixi torpaqlarımıza  da qayıdacağıq. Qoy, düşmən dərs alsın. Azərbaycan tarixi torpaqlarımızı da geri qaytarmaq gücündədir”. 
Siyasi icmalçı Azər Həsrət də qeyd etdi ki, ermənilər hazırda özləri üçün dövlət qurduğu, vətən saydığı torpaqların heç zaman onlara aid olmadığını yaxşı bilirlər: “Azərbaycan bir zamanlar lütf edib, həmin tarixi torpaqlarımızı ermənilərə güzəştə gedib.  Ona qədər də çar Rusiyası sağdan soldan gətirib erməniləri tarixi torpaqlarımızda yerləşdirib.  Nəticə etibarı ilə də ermənilər heç zaman özlərinə aid olmayan torpaqlarda  erməni dövləti qurublar. Belədə təbiidir ki, özlərini iynə üstündə oturmuş kimi hesab edirlər. Əlavə olaraq da, Dağlıq Qarabağ və ətraf torpaqlarımızı işğal edblər. Buna görə də narahatlıqları var. Yəni, özləri də başa düşür ki, gec-tez  həmin torpaqlardan çıxmağa məcbur olacaqlar. 
Azərbaycan Prezidentinin İrəvan məsələsini yenidən dilə gətirməsi ermənilər üçün bir növ siqnaldır. Ağlı başında olan ermənilər artıq Azərbaycanla dost münasibətlər qurmaq barədə düşünməlidir, nəinki işğalçılıq siyasətini davam etdirmək. Amma ermənilərin hamısının ağlı başında olmadığından, xüsusən ölkə rəhbərliyi və diaspor nümayəndələri qismində erməni siyasi elitası faktiki olaraq təcavüzkarlığa meyilli olduğundan torpaqlarımızı geri qaytarmaq istəmirlər. Ümumiyyətlə, Azərbaycanla bağlı bütövlükdə aqressiv siyasəti davam etdirirlər. Cənab Prezidentimizin məsələni bu səpkidə gündəmə gətirməsi onlarda ona görə də əlavə narahatlığa səbəb olub. Başa düşürlər ki, Azərbaycan nəinki təkcə Dağlıq Qarabağ və işğal edilmiş digər ətraf rayonları azad edəcək, belə davam etsə, Azərbaycan  günün birində İrəvana qədər gedib erməniləri onlara aid olmayan torpaqlardan da çıxaracaq. Azərbaycan belə bir  gücə malikdir”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz