Əlaqə Arxiv
news Image
2018.02.20
09:40
| A A A
Şəffaf işləyən hesabatdan qorxmaz
Qanundan danışıb qanunu pozanların əliəyriliyi

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. “İndiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-cı il üzrə maliyyə hesabatını Yeni Azərbaycan Partiyası və Azərbaycan Naminə Alyans Partiyasından əlavə daha 7 siyasi partiya təqdim edib”. Bu barədə MSK sədrinin müavini Natiq Məmmədov KİV-ə məlumat verib. Onun sözlərinə görə, artıq siyasi partiyaların hesabat vermə prosesi qaydasına düşür: “Siyasi partiyalarla aparılan maarifləndirmə tədbirləri effekt verir. Maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməyə başladığı müddətdən, yəni 2014-cü ildən bəri vəziyyət xeyli yaxşılığa doğru dəyişib. Ümid edirik ki, bu proses ildən-ilə daha da yaxşılaşacaq, maliyyə hesabatlılığında intizam güclənəcək”. Lakin mənfi tendensiyalar digər partiyalarda, xüsusən də radikal partiyalarda davam edir və onlar maliyyə hesabatlılığından yayınırlar. 

Hazırda ölkədə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 55 siyasi partiya var. N.Məmmədovun açıqlamasına əsasən məlum olur ki, partiyalara qoyulan möhlətin bitməsinə az vaxt qalmasına baxmayaraq, hələ 46 siyasi partiya illik maliyyə hesabatlarını təqdim etməyib. Müddət bitənə qədər siyasi partiyalar MSK-ya hesabat verməsə, komissiya Ədliyyə Nazirliyinə bu barədə məlumat verməyə borcludur. Ədliyyə Nazirliyi də öz növbəsində hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv edə bilər. Belə olan təqdirdə haqlı sual doğur ki, əksər partiyalar niyə hesabat vermirlər?
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası maliyə fəaliyətinin şəffaflığı baxımından həmişə öndə gedib. Ona görə ki, bu partiya siyasi işin bütün parametrləri üzrə qanunauyğun qurulmuş bir təşkilatdır. Partiyanın maliyyə qaynaqları da sənədlərdə aydın əks olunub. Hətta sadəcə, üzvlərinin sayı müvafiq maliyyənin əldə edilməsi və vəsaitin təyinatı üzrə istifadəsini mümkün edir. Ancaq mənbəyi bəlli olmayan maliyyə əldə etmiş bir sıra müxalifət və radikal partiyaların hesabatlılıqdan yayınması bu partiyaların qeyri-qanuni fəaliyyətini ehtiva edir. Xüsusilə, radikallar xarici sifarişləri yerinə yetirdiklərinə görə xaricdən də maliyyə yardımı alırlar. Bu isə ölkə qanunvericiliyinə daban-dabana ziddir. 
Ötən il müxalifətin bəzi nümayəndələrinin xaricdən ölkəyə qanunsuz yolla on minlərlə dollar vəsait keçirməsinə cəhd göstərməsi və buna görə mühakimə olunması dedyilənlərə sübutdur. Bundan başqa mükafat adı ilə yalançı “qaliblər” uydurub onların adına külli miqdarda vəsait keçirməklə radikalların maliyyələşdirilməsi faktı da artıq cəmiyyətə əyan olub. Təbii ki, bu əyri yollarla vəsait əldə edən təşkilat onun hesabatını verməkdə çətinlik çəkəcək. Çünki, hesabatda xərclənən pullarla yanaşıdaxil olan pulların mənbələri də göstərilməlidir. Bu isə artıq qanunsuzluğun birbaşa ifşa olunmasına səbəb olur. Buna görə də bir sıra müxalifət və radikal siyasi təşkilatlar qanunu pozmaqda davam edirlər. Halbuki, onlar özləri guya hakimiyyətdən qanunun aliliyini qorumağı tələb edirlər. Hesabat söhbətində isə onların iç üzü açılır və nəyə, kimə qulluq etdikləri barədə gizlinlər məlum olur. Hesabatın verilməməsinin ən tutarlı səbəbi budur. Şəffaf işləyən hesabatdan niyə qorxsun ki...
N.NOVRUZ     

 

Sizin Reklam Yeriniz