Əlaqə Arxiv
news Image
2018.02.21
09:00
| A A A
Ermənistanın təcridi dərinləşir
Qabil Hüseynli: “Azərbaycan artıq bölgədə həyata keçirilən dünya əhəmiyyətli layihələrin açar dövlətinə çevrilib” Sədrəddin Soltan: “Siyasi-coğrafi mövqeyinə və Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənstan onsuz da özünü regional və beynəlxalq layihələrdən məhrum edib”

Azərbaycanın həyata keçirdiyi regional layihələr işğalçı Ermənistanın təcridinin daha da dərinləşməsini, ölkədə sosial-iqtisadi müstəvidə vəziyyətin ağırlaşmasını sürətləndirib. Ermənilərin narahatlığını artıran digər məqam həyata keçirilən bu cür layihələr Azərbaycanın mütəffiqlərinin sayını artırdığı halda, özünün gedərək təklənməsidir. Xüsusən də qonşusunda zaman-zaman Ermənistana ciddi dəstək verən, yeganə işıq İran da artıq üzünü döndərmiş kimi görünür. Yəni, regional layihələr rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafını zərurətə çevirib. Hətta Azərbaycanın İranla birgə həyata keçirdiyi layihələr fonunda Tehran və İrəvan arasında əvvəl razılaşdırılımış layihələr belə bir-bir sıradan çıxır. Bu fonda Ermənistanın təcridi daha da dərinləşir. Artıq erməni siyasi rəhbərliyi də bunu başa düşür və bəzən müəyyən səviyyələrdə etiraf edirlər. 

Siyasi şərhçi Qabil Hüseynli bildirdi ki, Azərbaycan artıq bölgədə həyata keçirilən dünya əhəmiyyətli layihələrin açar dövlətinə çevrilib: “İranla əlaqələrində ən diqqətçəkəni “Şimal-Cənub” dəmir yolu layihəsidir. Bu layihə dünyanın ən böyük dəmir yolu qovşağına çevriləcək. Bu fonda da Azərbaycana böyük miqdarda gəlir gətirmək potensialına malikdir. Layinin açarı yenə də Azərbaycandır. Bu, İran üçün də əhyati əhəmiyyətə malik olan layihədir”.
Ekspert əlavə etdi ki, İranla başqa bir əməkdaşlıq forması Azərbaycanla birgə avtomobil və dərman zavodlarının tikilməsidir: “Artıq avtomobil zavodunun tikintisi başlanılıb. Dərman zavodunun da tezliklə inşasına başlanılacaq. Bundan başqa Azərbaycanla İran arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. İran Azərbaycandan ciddi tərəfdaş kimi yararlanır. Lakin Ermənistan çox vurnuxdu. Düzdür, İranda da ermənipərəst mövqelər var. Gah Ermənistan ərazisindən Avropaya qaz göndərilməsi, gah “Şimal-Cənub” layihəsinə erəmni tərəfini cəlb etmək  kimi təkliflər səsləndirildi. Hamısı da boşa çıxdı. Yəni Azərbaycan tərəfinin siyasi çevikliyi nəticəsində, həm də iqtisadi potensialı hesabına bölgəyə nəzarət edir, ya da təşəbbüskarı olur. Bu baxımdan Ermənistan bölgədəki layihələrin hamısından kənarda qalıb. Bu da onun üçün böyük itkilər deməkdir. İşğalçı ölkə haqlı olaraq öz bəd əməlinin cəzasını çəkməkdədir”.
Digər politoloq Sədrəddin Soltan isə fərqli düşünür: “Ermənistanın təcrid edilməsi təkcə İrandan asılı deyil. Bunu daha çox iki dövlət Rusiya və İran birlikdə etməlidirlər. Amma nə Rusiya, nə də İran Ermənistanın təcrid olmasın imkan verməyəcək. Ən azından, indiki siyasi şərait bunu deməyə əsas verir. 
Ermənistanın təcrid edilməsi üçün Tehran-Moskva birliyi ya pozulmalı, ya da İrəvanda hakimiyyətə qərbyönlü qüvvələr gəlməlidir. Təəssüf ki, yaxın dövrdə bunların heç birinin baş verməyəcəyini ehtimal etmək olar.  Bundan başqa həm Rusiya, həm İran Ermənistandan vaxtaşırı Azərbaycana qarşı təzyiq elementi olaraq, yararlanırlar. Bu da Ermənistanı təcrid olunmasının qarşısını alır. Bəs, nə baş verə bilər? Sadəcə, cızığından çıxacağı halda Ermənistanı himayədarları, indiki halda İran ona yerini göstərə bilər. 
Son zamanlar Tehranın İrəvana qarşı tutduğu mövqe də bu ehtimal etməyə əsas verir. Bir də Ermənistanın təcridinə Qərb dövlətləri, o cümlədən Fransa və ABŞ-da imkan verməz. Siyasi-coğrafi mövqeyinə və Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistan onsuz da özünü regional və beynəlxalq layihələrdən məhrum edib”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz