Əlaqə Arxiv
news Image
2018.02.22
13:53
| A A A
Zakir Həsənov Minskə getdi

Fevralın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın Müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Sizin Reklam Yeriniz